Aksiyanın 30-cu GÜNÜ: Şuşa şəhəri yaxınlığında ekoloji fəalların aksiyası davam edir

Azərbaycanda Rusiya hərbçilərinin müvəqqəti nəzarətində olan ərazilərdə yataqların qanunsuz istismarına qarşı çıxan ekoloji fəalların aksiyası 30-cu gündə davam edir. 

İlkxeber.org xəbər verir ki, ekoloqlar və QHT nümayəndələri respublikanın Qarabağ iqtisadi rayonundakı Qızılbulaq və Dəmirli qızıl və mis-molibden mədənlərində monitorinq aparılmasını tələb edirlər. 

Xankəndi-Laçın yolunun Şuşa şəhəri yaxınlığından keçən hissəsində fəallar qarlı və şaxtalı havaya baxmayaraq dağılmır. 

Fəallar və könüllülər “Azərbaycan onun yer təkinin sahibidir!”, “Ekoloji cinayətlərə son!”, “Ekoterrora son!”, “Təbiəti qoruyaq!” şüarları səsləndirirlər. 

Aksiya zamanı təhlükəsizlik qaydalarına əməl olunur, neqativ təmas və ya insident halları yoxdur. 

Aksiyanın keçirildiyi yol humanitar və təchizat yüklərinin daşınması, habelə mülki nəqliyyat vasitələrinin hərəkəti üçün açıqdır. Aksiya dekabrın 12-dən davam edir.