Avropada yeni virus xəbərdarlığı - sürətlə yayılır

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) Covid-19 xəstəliyinə səbəb olan korona virusunun sürətlə yayılan “Kraken” növü ilə bağlı xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, Avropa İttifaqına bağlı olan ECDC-nin covid-19 epidemiyası ilə bağlı son qiymətləndirməsinə “Kraken” adlı XBB.1.5 alt variantı haqqında məlumatlar daxil edilib.

Qiymətləndirmədə Krakenin ABŞ-dakı variantlar arasında payının 40 faiz olduğu və bir həftə ərzində dominant varianta çevriləcəyi bildirilib və bu subvariantın artım baxımından BA.1-dən sonra ikinci yeri tutduğu qeyd edilib.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi qiymətləndirməsində "Bu variantın Aİ-də Covid-19 yoluxmalarının artmasına təsir göstərməsi ehtimalı var",-deyə qeyd edib.