İstanbulun İstiqlal prospektində partlayış törədən şəxs həbs edildi – SÜLEYMAN SOYLU AÇIQLADI

İstanbulun Bəyoğlu səmtində İstiqlal prospektində bombanı qoyan şəxsi polis saxlayıb. 

Avropa.info xəbər verir ki, bu barədə bazar ertəsi, noyabrın 14-də Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. 

Nazir bildirib ki, Beyoğluda bomba qoyan şəxs İstanbul Polis İdarəsi tərəfindən saxlanılıb. 

Nazirin sözlərinə görə, istintaqda hücumun izlərinin Suriyaya getdiyini göstərən sübutlar var: "Təxminlərimizə görə, əmr Kobanidən, hücumu törədən isə Afrindən gəlib". 

Bundan əlavə, partlayışdan dərhal sonra polis partlayışda əli olmaqda şübhəli bilinərək 21 nəfəri saxlayıb. 

Müstəntiqlərin dəlilləri partlayışın PYD (PKK terror təşkilatının Suriya qolu olan YPG-nin hərbi qanadı) tərəfindən təşkil edildiyini göstərir. 

Nazir həlak olanların ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb. 

“Bir daha vurğulayıram ki, bizə bu ağrıları yaşadanlar tezliklə daha sərt cavab alacaqlar”, - deyə nazir əlavə edib. 

Xatırladaq ki, İstanbulda bazar günü Bəyoğlu səmtində piyada turistlər üçün nəzərdə tutulan İstiqlal prospektində partlayış baş verib. 6 nəfər ölüb, 81 nəfər yaralanıb. 

Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca bildirib ki, ölən 81 nəfərdən 39-u artıq xəstəxanalardan buraxılıb. 

Nazir əlavə edib ki, xəstəxanaya yerləşdirilənlərdən 5-i reanimasiyadadır, onlardan ikisinin vəziyyəti ağırdır.