Tərcümə etüdləri

 Firidun Agazade

Azərbaycan dilindəki “ana” sözünün dünya dillərində (daha çox Hind-Avropa dillərində) qəribə linqvistik oxşarlıqları var: ingilis dilində “mother”, yunan dilində “mutter,” sanskrit dilində “matha”, italyan və ispan dillərində “madre”, alman dilində “mutter”, fransız dilində “, “mère”, portuqal dilində “mãe”, rus dilində “мать”, ukrain dilində “мати”, irland dilində “máthair”, fars dilində “madər” və s.

**

İngilis dilində “woman” (qadın) sözünün etimolojisi belə izah olunur: “wife” (wif) + “man” = “wimmen”- arvad insan. Sonradan, bu, “woman” şəklinə düşüb. Daha qəribə bir izahı mənə bir amerikalı jurnalist demişdi, 90-cı illərdə: “İngilis dilində “man” ismi həm ümumiyyətlə, “adam, insan” deməkdir, həm də “kişi”. Qadına “woman” deyirik, bəlkə də “Wow!... Man..?!”, yəni, “Pahh, qadın da insandır?” Qadın da insandırsa, onu barmaqla göstərib niyə “man” demirik? “Wow!.. Man…?!” deyə təəccüblənirik?” Sonra da, deyirdi ki, Aristotelə görə, qullar və qadınlar kişilərə nisbətən aşağı səviyyədə durur, ictimai işlər qadınlar və kölələr üçün deyil.