Motivasiyanın menecmentdə rolu

 İsrayıl İsgəndərov

Menevcment anlamalıdırlar ki, əməkdaş üçün motivasiya nə qədər önəmlidir, motivasiyası olmayan əməkdaşın məhsuldalığı zəif olur. Təəssüf ki, bu amili əksər menecerlər nəzərə almır və müvəffəqiyyətlərinin az olmasını əməkdaşlarda görürlər. Menecment tədqiqatları sübut edir ki, rəhbərlik etdiyi kollektivdən(müəyyən individuallardan deyil) və əməkdaşlarından narazılıq edən menecer müasir və keyfiyyətli menecer deyil. Bu cür menecerlər bütün problemləri zamanda, mühitdə və başqalarında görür. Onlar insanlara təsir edəcək qərarların verilməsində özlərinin iştirakını təmin etmir, insanların təmin olunmamış ehtiyacların öyrənmir, onların məqsədinin müəyyənləşməsinə dəstək vermir, mükafatlar və təşəkkürlər əksər hallarda bir yardım formasında verilir və fəaliyyətlə əlaqələndirilmir, nəhayət ədaləti qorumurlar və özündən deyil, əməkdaşlardan narızılıq edirlər.
Bəs qısaca olaraq #motivasiya nədir? Motivasiya-Bir insanın cəhdlərinin hədəfə nail olunmasına doğru toplanması, yönəlməsi və davamlı olmasıdır.
Hazırda üzləşdiyim əksər menecerlər motivasiyanı şəxsi keyfiyyət hesab edir. Ona görə onlar insanalrı motivasiyalı olan və olmayan kimi iki qrupa bölürlər. Bizim bildiyimiz bizə deyir ki, biz insanları belə adlandıra bilmərik. Çünki onların həvəsləndirmə üsulları və ümumi motivasiyası vəziyyətdən vəziyyətə görə dəyişir.
Yaxşı menecerlər yaxşı motivatorlardır. Onlar əməkdaşlarına tam potensiallarına çatmaları üçün sehirli “iksir” tapmağı bacarırlar. Bir məsələni hər kəs anlamalıdır: insanlar o zaman ən yaxşı nəticə göstərirlər ki, onların motivasiya edən pul deyil, #məqsəd olur.
Başqalarını motivasiya etmək çətin işdir. Təəssüflər olsun ki, hər yerdə və hər vəziyyətdə işləmə zəmanəti olan universal motivatorlar yoxdur. Lakin bu günə qədər tədqiqatlar göstərir ki, başqalarını motivasiya edərkən aşağıdakılar kömək edə bilər.
• İndividual #fərqlilikləri tanıyın. İnsanların ehtiyacları fərqlidir. Onları eyni cür dəyərləndirməyin. Bundan əlavə hər insan üçün nəyin önəmli olduğunu anlamaq üçün vaxt ayırın. Bu sizə hədəflərin individuallaşdırma, cəlb olunmanı artırma və individual ehtiyaclarla mükafatların uyğunlaşdırılmasına imkan verəcəkdir.
#Hədəflər və qiymətləndirmədən istifadə edin. İnsanlar məqsədlərin olmasına üstünlük verirlər. Əgər siz başqaları üçün hədəflərin qoyulmasında iştirak edəcək vəziyyətdəsinizsə, onlara çətin və spesifik hədəflərin qoyulması üçün yardım edin. Belə hədəflər daha çox motivasiya edir. Əlavə olaraq insanlar hədəflərin izlənməsində necə fəaliyyət göstərmələri barədə qiymətləndirmə alanda daha çox motivasiya olurlar.
• İnsanlara onlara təsir edəcək #qərarların verilməsində iştirakına icazə verin. Əgər siz iştiraka təsir edəcək vəzifədəsinizsə, motivasiya etməyi düşündüyünüz insandan fikirlər alın. İnsanlar iş hədəflərinin müəyyən edilməsində, bonus paketlərinin seçilməsində, məhsuldarlıq və keyfiyyət probleminin həll edilməsində və bənzər fəaliyyətlərdə oduqda onlar daha pozitiv reaksiya verirlər.
• Mükafatların təmin olunmamış ehtiyaclarla əlaqələndirin. İkinci və üçüncü məsləhəti öz işçilərini və komanda üzvlərini motivasiya etməyə çalışın. Menecerlərə və komanda liderlərinə tətbiq edin. Mükafatları effektik şəkildə təmin olunmamış ehtiyaclarla əlaqələndirmək, daha ümumi fəaliyyətdir. O, iş yoldaşlarının, dostların, həyat yoldaşların, həmçinin əməkdaşların və komanda üzvlərinin motivasiya edilməsinə tətbiq edilə bilər. O bir nömrəli tövsiyyə üzərində və individual fərqliliklər üzərində qurulmuşdur.
• Mükafatları #fəaliyyətlə əlaqələndirin. Sizin seçdiyiniz mükafatlar iş fəaliyyətinə uyğun şəkildə bölünməlidir. Ən vacibi isə motivasiya etməyə çalışdığınız şəxsin bu əlaqəni görməsidir. Mükafatların fəaliyyətlə nə qədər yaxından əlaqədə olmasına baxmayaraq, onu qavramaq daha önəmlidir. Əgər əməkdaş bu əlaqəni zəif hesab edirsə, o zaman motivasiya və fəaliyyət zəifləyəcəkdir.
• Bərabərliyi və ədalətliliyi qoruyun. Təşkilatda çalışan insanlar mükafatları onların işə gətirdikləri zəhmətlə bərabər hesab etməlidirlər. Ümumi şəkildə desək, təcrübə, bacarıq, qabiliyyət, cəhd və başqa ümumi cəhdlərimiz fəaliyyətdəki fərqləri izah etməli, həmçinin əməkhaqqı, iş tapşırıqları və başqa ümumi mükafatları müəyyənləşdirməlidir.
 
BP şirkətinin maliyyə dəstəyi ilə TEAS PRESS tərəfindən çap olunan və mənim ixtisas redaktoru olduğum “İdarəetmənin əsasları” kitabından