Erməni təxribatının TARİXİ XOFU: Türk Dövlətləri Təşkilatından yararlana bilməmək qorxusu!

 Jalə MÜTƏLLİMOVA

Türk dövlətlərinin iqtisadi, siyasi, regional və təhlükəsizlik ıttifaqı, regional layihələrdəki ortaqlığı, hədəfin bu ortaqlığı inkişaf etdirmək olması, yaxınlarda növbəti toplantının planlanması, üstəlik, dil eyniliyi, din eyniliyi, coğrafi mövqe oxşarlığı, ortaq maraqların mövcudluğu, ümummilli məsələlərdə təhlükəsizlik maraqları, onları Türk Dövlətləri Təşkilatına, başqa sözlə BÖYÜK TURANa gətirdi. Və Azərbaycanın işğaldan yeni azad edilən Qərb bölgəsində, Rusiya dərhal ard-arda təhlükəsizliyə bağlı, ictimai rəydə qıcıq yaradacaq həmlələri start verdi:

- Xankəndidə şərəf xiyabanı açdı.
- Guya sülhməramlı Rusiya obrazını formalaşdırmaq üçün əsgər abidəsi ucaltdı. Özü də ermənilərlə birgə genosid törətdiyi Xocalıda.
- Azərbaycanlıların dayandığı postda, erməni əli ilə xəbərdarlıq terroru təşkil elədi.
Üstəlik,
-Terrorçu ermənini, Azərbaycana deyil, Ermənistana təhvil verməklə, bölgədəki əsas ortağını göstərdi.
İndi iki tarixi müttəfiq, Ermənistan və Rusiya, hərbi müstəvidə təxribatlar başladıb.
Son dərəcə önəmli məqam var. Və məhz o məqam baş verənlərin vacib səbəblərindəndir.
Türk dövlətlərinin yeni təşkilatı və perspektivə yönəlik layihələrindən ermənilərin yararlana bilmək imkanı sual altındadır. Erməninin zəifləməsi, əslində bölgədə Rusiyanın zəifləməsi deməkdir. Odur ki, Rusiya tarixi oyunlarını təkrarlayır.
...Ermənistan indi yüz il əvvəlki durumuna salınıb. Uduzub, iqtisadi məngənədədir, siyasi böhran yaşayır. Üstəgəl, regional layihələrin hamısından qıraqdan qalır. Hətta Zəngəzur dəhlizindən əldə edə biləcəyi fürsəti də dəyərləndirə bilmədi. Azərbaycanla sərhəd məsələsində anlamadığı üçün. Qısacası yüz il dala düşdü. Yəni Türkiyə, Gürcüstan və Azərbaycan tərəfindən dalana sıxılıb, Iranla simvolik əlaqələri mövcuddur. Erməniləri yüz il öncə Rusiya Bakıdan gedən yanacaq, kerosinlə xilas eləmişdi. Nəticədə Rusiya ilə ittifaq olub Azərbaycana terror, soyqırım, işğal yaşatdılar ikiilikdə. O yaşantıların son otuz ilinə çoxumuz şahidlik. Odur ki, yeni bölgə düzənində ermənilər elə vəziyyətdə saxlanmalı ki, onlara nəzarət və təzyiq mümkün olsun. Əks halda növbəti yüz ilin əziyyətini çəkəcək gələcək nəsillər. Necə ki, yüz il əvvəlki siyasi qərarların altını bu günki Azərbaycan çəkməkdədir.
İstisna deyil ki, bu variant ciddi hesablanıb və Rusiya bu üzdən narahatdır. Ermənistanı necəsə xilas etməyə çalışır. Üstəlik TDT elan edildikdən sonra Türkiyə rəsmilərinin İran səfəri də ayrıca qıcıq doğurur. Zəngəzur dəhlizində İran müttəfiq ola bilər, qonşu dövlət kimi, bu, Ermənistanın durumunu daha da ağırlaşdıracaq. Çünki yeni layihələrdə əməkdaşlıqdan dolayı, farslar, türklərə sarı yön dəyişəcək. Qardaş dediyi ermənidən imtina edəcək. Bu isə təkcə Ermənistanın yox, həm də Rusiyanın ürəyincə deyil.
Yeri gəlmişkən, yeni TURAN yolunda görüləcək işlərdə türk dövlətlərinə əməkdaş və dost olan bir xeyli Avropa dövlətləri, habelə nüfuzlu Qərb şirkətləri də unudulmayacaq. Prinsip o ki, dost və qardaş olan hər kəsə, TURAN qapısı açıqdır.
Bu qapının kandarından içəri, tam hüquqla, yalnız ermənini buraxmaq olmaz. Odur ki, yaxın gələcəkdə kimə nəyi, nə qədər verəcəyini DÖVLƏT BABA min ölçüb, bir bilməlidir.

Jalə MÜTƏLLİMOVA

Erməni təxribatının TARİXİ XOFU:
Türk Dövlətləri Təşkilatından yararlana bilməmək qorxusu
!

Türk dövlətlərinin iqtisadi, siyasi, regional və təhlükəsizlik ıttifaqı, regional layihələrdəki ortaqlığı, hədəfin bu ortaqlığı inkişaf etdirmək olması, yaxınlarda növbəti toplantının planlanması, üstəlik, dil eyniliyi, din eyniliyi, coğrafi mövqe oxşarlığı, ortaq maraqların mövcudluğu, ümummilli məsələlərdə təhlükəsizlik maraqları, onları Türk Dövlətləri Təşkilatına, başqa sözlə BÖYÜK TURANa gətirdi. Və Azərbaycanın işğaldan yeni azad edilən Qərb bölgəsində, Rusiya dərhal ard-arda təhlükəsizliyə bağlı, ictimai rəydə qıcıq yaradacaq həmlələri start verdi:

-Xankəndidə şərəf xiyabanı açdı.
-Guya sülhməramlı Rusiya obrazını formalaşdırmaq üçün əsgər abidəsi ucaltdı. Özü də ermənilərlə birgə genosid törətdiyi Xocalıda.
-Azərbaycanlıların dayandığı postda, erməni əli ilə xəbərdarlıq terroru təşkil elədi.