Prezident Aslan Aslanovu təltif etdi

Azərbaycan Respublikasında mətbuat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Aslan Əhməd oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 
Bakupost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
 
Qeyd edək ki, A.Aslanov Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın İdarə Heyətinin sədridir.