"Qarabağ şəhidləri və Qarabağ zəfəri" adlı şeir yarışmasının qalibləri mükafatlandırıldı

44 gün davam edən və Azərbaycan ordusunun qələbəsi ilə nəticələnən 2-ci Qarabağ müharibəsində 2841 şəhid vətən torpaqlarını öz qanları ilə suvarmışlar. Adlarının əbədiləşdirilməsi və bu dastanın yazılaraq sonrakı nəsillərəötürülməsi məqsədilə "Qarabağ Şəhidləri və Qarabağ Zəfərinə həsr olunmuş Şer Müsabiqəsi" təşkil edilib. 

İlkxeber.org xəbər verir ki, müsabiqə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin himayəsində Bakı Təhsil Müşaviri/TİKAəməkdaşlığı ilə və Bakı Anadolu Türk liseyinin təşkilatçılığı ilə reallaşdırılıb. 

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı , Azərbaycanın Baş Prokuroru Kamran Əliyev, Təhsil Nazirinin müavini Muxtar Məmmədov və başqaları iştirak ediblər. 

Müsabiqə 20 yanvar 2021-ci il tarixində elan edilib. Şagirdlərin yazdığı şerlər 15 aprel 2021-ci il tarixədək qəbul olunub.Müsabiqəyə Azərbaycanda litsey təhsili alan şagirdlər tərəfindən Təhsil Müşavirliyinin internet ünvanı vasitəsilə “onlayn” və e-mail yolu ilə 659 şer ilə müraciət edilib. 

Toplanan şerlər AYB üzvlərindən, Azərbaycan Təhsil Nazirliyinin nümayəndələrindən, Bakı Türk Anadolu liseyi və Atatürk liseyi ədəbiyyat müəllimlərindən yaradılan bir münsiflər heyətinin ciddi çalışmaları nəticəsində ön ələmə ilə 120 şeir müəyyənləşdirilmiş, final mərhələsində ən yüksək qiymət alan ilk  şeir müsabiqənin qalibi olaraq seçilib.