Rusiyanın "fırlanan çarxını" kim dayandırır?

    Aprel ayının 10-da Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla  görüşü  çox yüksək formada keçdi. Türkiyə-Ukrayna Yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu iclası prezidentlərin iştirakı ilə baş tutdu. Görüşdə hər iki prezident arasında iqtisadi və siyasi məsələlərlə bağlı danışıqlar keçirildi. Danışıqlardan sonra prezidentlərin iştirakı ilə 20 maddədən ibarət  müqavilə imzalandı. Müqavilədə iki ölkə arasında təhlükəsizlik, iqtisadiyyat, ticarət, turizm, müdafiə sənayesi, elm, təhsil sahələrinə əlaqələrin dərinləşməsi, Ukraynanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazi bütövlüyünü qeyri-şərtsiz dəstəkləmək öz əksini tapır.

    Krım Muxtar Respublikası və Sevastopol şəhəri ilə Donetsk və Luqansk bölgələrinin işğaldan qurtarılması başda olmaqla, Ukraynanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazi bütövlüyünü yenidən təmin etməyi hədəfləyən addımlar barədə koordinasiyanı davam etdirmək. Krımın Rusiya Federasiyası tərəfindən qeyri-qanuni ilhaqını müzakirə etmək məqsədilə “Krım Platforması”nın qurulmasını dəstəkləmək,Ukrayna vətəndaşlarının, xüsusilə Krımı tərk etməyə məcbur edilən Krım tatarlarının həyat şəraitini yaxşılaşdırmaq üçün ortaq səyləri artırmaq.  Terrorizm, separatizm və ekstremizmə qarşı bütün forma və təzahürlərdə mübarizə və əməkdaşlıq həmrəyliyini gücləndirmək.

       Ukraynanın NATO üzvlüyü perspektivinə, xüsusən də yaxın gələcəkdə Üzvlük Fəaliyyət Planını qəbul etmək və Ukrayna Silahlı Qüvvələrinin müttəfiqlərlə qarşılıqlı fəaliyyətinə töhfə vermək niyyətinə dəstək ifadə etmək.

        NATO da daxil olmaqla, ikitərəfli və çoxtərəfli mexanizmlər vasitəsi ilə Qara dəniz bölgəsində təhlükəsizlik və sabitliyin dəstəklənməsinə yönəlmiş əməkdaşlığı artırmaq.

     Giriş prosedurlarını asanlaşdırmaq, iştirakçı dövlətlərin vətəndaşları üçün səyahət imkanlarını təmin etmək və qarşılıqlı turizmi təşviq etmək üçün sərhəd nəzarəti tədbirlərini daha da təkmilləşdirmək.

        Türk Maarif Fondunun Ukraynadakı təhsil fəaliyyətini dəstəkləmək.

          Ən vacib isə COVID-19 pandemiyasına nəzarət etmək və onun sosial və iqtisadi fəaliyyətlərə təsirlərinin idarə olunması səylərində əməkdaşlıq və koordinasiya öhdəliyini təsdiqləmək.

      Ukrayna-Türkiyə arasında imzalanmış 20 maddəlik müqavilədən 72 saat keçməmiş Rusiya Dövlət Dumasının deputatı Gennadiy Onişenko Türkiyə də COVİD-19 bağlı vəziyyətin cox ağır olduğu və Türkiyə səhiyyəsinin zəif olması  haqqında açıqlama verdi. Bu açıqlamadan sonra Rusiya Federasiyasının müxtəlif şəhərlərindən Türkiyəyə olan reyslər 15 apreldən iyun ayının 1-ə kimi ləğv olundu. Cox maraqlı çəhətlərdən biri ondadır ki, Gennadiy Onişşenko Rusiya-Moldova, Rusiya-Gürcüstan münasibətləri kəskinləşəndə də verdiyi açıqlamalarından sonra həmin respublikalardan idxal olunan çaxırlara yasaq qoyulmuşdu.

        Türkiyənin Ukraynaya verdiyi hərtətəfli dəstəkdən hiddətlənən Rusiya hər vəchlə Türkiyəni vurmağa çalışır. Rusiya XİN-i S.Lavrov çıxışında bildirib ki, Qarabağ münaqişəsinin nizamlamasında Rusiya və İran eyni mövqedən çıxış edir. Bu açıqlamanın arxasında isə İran vasitəsilə Türkiyəyə təsir eləməkdir. Bundan əlavə Liberal Demokrat Partiyasının sədri V. Jirinovski Ərdoğanın Krımla bağlı verdiyi açıqlamanı belə şərh edib: "Bir əlində gül, kökə verirlər, digər əlində xəncər, əyri xəncər. Ərdoğan Suriyada, Liviyada, Azərbaycan və Ukraynada Rusiyanın "fırlanan çarxını" dayandırır. O, Liviyada, Azərbaycanda və Ukraynada bizə mane olur".                            

 Beləliklə, Rusiya çox ciddi-cəhdlə Türkiyənin Qafqaza girişinin qarşısını almağa çalışır. Dünənə kimi də Rusiya Türkiyənin Qafqazda oturmasının qarşısını hər vasitə ilə alırdı. Burada ən vacib məqam həmin regionun iqtisadi və siyasi cəhətdən istər Türkiyə, istərsə də Rusiya üçün cox vacib olmasıdır. Lakin son 6 ayda baş verən hadisələr bu reqionda yeni siyasi və iqtisadi bir düzən yaratdı.  Yeni düzən isə Türkiyənin Qafqazda möhkəmlənməsinə köməklik göstərəcək.

    

Alı Balayev,

BAO-nun Siyasi Analitik Mərkəzinin rəhbəri