Bazara bənzər televiziyamız

 Zülfüqar Fərzəliyev

Təzə bazar bağlandı və hamı soruşur ki, o hara köçüb. Bu sualın cavabını mən bu səhər tapdım. Sən demə bazar yeni əraziyə köçməyib, telekanallarımız arasında bölüşdürülüb. İnanmayanlar açıb baxsınlar, istisnasız, kanalların hamısında, bazarlarda olduğu kimi, ağız deyəni qulaq eşitmir. Əsl bazardı telekanallarımız, studiyalarda ancaq ara söhbətlər, çay içən kim, zarafatlaşan kim, yeni əməliyyat olunmuş burun və dodaqlarını nümayiş edən kim. Bir sözlə əsl bazar. 
Bazardan televiziyamızı fərqləndirən ancaq odur ki, bazara gedib, əlidolu qayıdırsan, televiziyamıza baxanda isə, olan-qalan tərbiyə, bilik, savad da itirilmiş olur. 
Rus demişkən, "tak çto", "Tak çto", Qarabağı əldə etsək də, mədəniyyətmizi, əxlaqımızı gözümüz görə-görə telekanalların sahiblərinin ciblərinin dolması naminə qurban veririk və bu təcavüzün qarşısını alan dronlarımız da yoxdur.