Şahmatın Əmir Teymuru Meydanda udduq, masada da uduruq...

 Qəzənfər Həmidoğlu

 
Teymur Rəcəbov Levon Aranyonı məğlub etdi və ödülü $1.500.000 olan superprestijli "Champions Chess Tour Airthings Master" onlayn şahmat turnirinin qalibi oldu.
İlk final matçında erməni şahmatçısını 2,5:1,5 hesabı ilə məğlub edərək 1:0 irəli çıxan super qrossmeysterimiz bu axşam keçirilən ikinci və sonuncu qarşılaşmada da rəqibinə şans tanımadı: iki partiyadan sonra 1,5:0,5 hesabı ilə irəli çıxan Rəcəbova qalan iki partiyada bir heç-heçə çempionluq üçün yetərli idi.
Dünya Kubokunun sonuncu qalibi yekun nöqtəni vaxtından əvvəl - üçüncü partiyada qoydu: 2:1.
4-cü partiya gərəksiz oldu...
9 gərgin, dramatik günün sonunda şahmatçımız möhtəşəm qələbə qazandı.
Rəcəbov 1/4-də rus şahmatının lideri Yan Nepomnyaşini, 1/2-də isə dörddəbir finalda dünya çempionu Maqnus Karlseni ələyən rus Daniil Dubovu məğlub etmişdi.
Eşq olsun!