Dünyanı heyrətə gətirəcək erməni saxtakarlığı

Bu günlərdə sosial şəbəkələrdə paylanmış bəzi xəbərlər, faktlar məni heyrətləndirdi! Əslində heyrətlənməməli idim! Amma yenə də... Erməninin etdiyi heç nəyə, heç bir saxtakarlığa, nankorluğa, alçaqlığa, vəhşiliyə heyrətlənilməməli. Bunlar tarixən bu cür olublar. Erməninin peşəsi daş atıb başını tutmaq, var qüvvəsi ilə bağırıb özünü yazıq göstərmək olmayıbmı? Güzgüyə baxıb öz adını özgəyə qoymaq olmayıbmı? Onların mənfi xüsusiyyətlərini ta qədimdən bu yana dünyanın bir çox xalqlarının, elə təəssübkeş xristian millətlərinin  görkəmli tarixi şəxsiyyətlərinin dilindən eşitməmişikmi?  Əvvəlcə, rusun himayədarlığı ilə İrəvan xanlığında, sonra satqınlığa, xəyanətkarlığa görə Türkiyədən qovularaq yenə də rusa sığınaraq, Qarabağa yerləşdirilən bu zəhərli ilanların yaşadıqları yerlərin çoxunun adının "sığınacaq" adlanması da onların sonradan bizim yerlərə gəldiklərini bir daha sübut edən faktlardır. Bu haqda Y.V.Çəmənzəminlinin, əsasən, tarixi faktlara söykənən "İki od arasında" əsərində də rast gələ bilərik. Qarabağda erməni adı ilə adlandırılan heç bir qədim  toponim yoxdur, bu da onların buranın əzəli sakini olmadıqlarının, sonradan yerləşdirildiklərinin ən tutarlı faktlarından biridir. Ona görə də onlar tarixən, zaman-zaman bizim toponimləri müəyyən dəyişikliklərə uğradaraq özününküləşdirməyə, öz adlarına çıxmağa çalışmışlar. Hamıya məlumdur ki, onların "Artsak" adlandıraraq özününkü hesab etdikləri söz də "ər" və "sak" tayfa adlarının birləşməsindən yaranmış türk sözüdür və qədim tarixi mənbələrə əsasən, bu fakt da tarixçılər tərəfindən təsdiq olunub. Bizim Qarabağda bu torpaqların daimi, əzəli və əbədi sakini olduğumuzu isə şair demiş: "hər saxsı parçası, hər məzar daşı"nın sübut etdiyi qədim tarix yatır. Bizim hər toponimimiz, hər oykonim və hidronimimiz bu yerlərin qədim türklərə məxsusluğunu göstərən inkaredilməz, daşdan keçən faktlardır. Bunu yaxşı bilən saxtakarlıqları ilə hələ Sovet dövrü "Orxon-Yenisey" daş kitabələrindəki yazıların qədim erməni əlifbası olduğunu dünyaya saxta faktlarla sübut etməyə çalışarkən iflasa uğrayan ermənilər yenidən o üsula əl ataraq  özlərindən qədim "tarix istehsal edən emalatxana" yaradıblarmış. Belə ki, sosial şəbəkədı paylaşılan bir yazıda qeyd edilir ki,  işğal etdikləri Kəlbəcərdə ermənilərin "qədim tarix "istehsal edən emalatxana"sı tapılıb. Emalatxanada ustalar daşları yonur, üstünə yazılar yazır, xaç çəkir, sonra sirkədə saxlayır, torpağa basdırıb qədimi görkəm verirlərmiş. Görün bunlar nə dərəcədə gerizəkalılığın öndə gedənləridir! Məncə, bu fakt bütün dünyaya çatdırılmalı. "Qədim erməni tarixi istehsal edən  emalatxana" hasara  alınaraq qoruq yaradılmalı, bütün ermənipərəst və ermənipərəst olmayan turistlərə göstərilməlidir!  İşğaldan azad olan Kəlbəcərdə  ermənilərin "qədim daşlar" istehsal edən emalatxanasını bütün televiziyalar işlqlandırmalı, dünya bunların necə bir "qədim və mədəni" xalq olduqlarına biganə qalmamalıdır. Atalar necə deyib? "Yüz eşitməkdənsə, bir görmək yaxşldır". Odur ki, biz bundan yararlanmalıyıq. Hazır sübutdur, öz silahlarıyla özlərini vurmaq üçün bizə gözəl fürsət veriblər. Əgər bizim belə emalatxanamız onlara məlum olsa idı, indi bütün dünya - Avropa Şurası, BMT, nə bilim Minsk Qrupu od qoyub odlayardı bizi, şaxtakar xalq kimi. Bu gün tək bircə bu faktı televiziya kanallarının, qəzet, jurnal, saytların xarici dillərə tərcümə edib tirajlamaları, buna saatlarla xüsusi verilişlər həsr etmələri çox vacibdir. Nəinki bayağı verilişlər, gərəksiz məlumatlar yaymaq. Qoy dünya görsün "bizim torpağımız, abidələrimiz" - deyənlərin abidələri hansı kustar arxaizm dövrünə aidmiş. Qoy dünya görsün işğal olunmuş torpaqlardan sanki ən qəddər və vəhşi bir qəbilənin keçdiyini xatırladan, bütün tarixi, maddi və mədəni abidələrimizi dağıdaraq özlərinə qədim tarix yaradan ermənilərin necə "qədim və mədəni" bir xalq olduğunu! Özlərinin buraya sonradan gəldiklərini çox dəqiq bilən bu ermənilər planlı şəkildə "iş görüb", onlar hər yanda qədim türk maddi-mədəni abidələrini vandalcasına yox edırək "özününküləşdirməyə" çalışıblar. Bura qədim toponimlərimiz, şəhər və kənd adlarımız da daxildir. Onlarla tanış olduqca acıyıram. Bir var xalqın içində belə fərdlər ola, bir var xalq olaraq xəstə olasan. Dünyada ermənilər qədər vandalizmi vəhşicəsinə həyata keçirən ikinci millət yoxdur. Azərbaycanın da üzvü olduğu “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında”1954-cü il  tarixli Haaqa Konvensiyası  işğal olunan dövlətlərdə mədəni sərvətlərin qorunmasını  qəsbkar dövlətin üzərinə bir vəzifə kimi qoymuşdur. Həmin konvensiyaya əsasən, hücum edən dövlətin işğal etdiyi ərazilərdə  mədəni mülkiyyətin oğurlanmasının qarşısını almaq öhdəliyi də vardır.  Həmçinin UNESCO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitənin 21 dekabr 2012 ci il tarixdə  Parisdə keçirilən 7-ci sesiyasında Azərbaycan Respublikasının təşəbbüsü  ilə ermənilər tərəfi tərəfindən dəyişdirildi. Bizim əlimizdə 171 yaşayış məntəqəsinin keçmiş adı və yeni adı var. İndi də bu əməliyyatı Qarabağın işğal olunmuş ərazilərində həyata keçiriblər. Onlar hər an bizim xalqın mədəniyyətinə qəsd ediblər. Rayon və şəhər, qəsəbə, yaşayış məskənlərinin adının dəyişilməsi, ermənilə.dirmə də mədəniyyətə qəsdin tərkib hissəsidir. Gəlin Ağdam, Tərtər, Kəlbəcər rayonları üzrə dəyişdirilmiş adlara diqqət yetirək.   1 Ağdam                                            Akn 2 Kəlbəcər                                         Karvacar 3 Kəlbəcər rayonu                             Şaumyan 4 Canyataq                                         Cankatar 5 Çayqovuşan                                    Xtasar 6 Əlimədədli                                       Хаçenacur 7 Qazançı                                          Tiqranakert 8 Ballıqaya                                        Mesropavan 9 Marquşavan                                    Leninavan 10 Əliağalı                                        Kusaberd 11 Malikli                                          Manik 12 Şahbulaq                                       Kanqark 13 Mollalar                                        Craşen 14 Kəngərli                                       Daştamut 15 Ulubaba                                       Gevorqasar 16 Yuxarı Çaylı                                Qerart Verin 17 Aşağı Çaylı                                  Qerart Nerkin 18 Gülyataq                                      Qaylataq 19 Papravənd                                    Verin 20 Boyəhmədli                                 Vanqasar 21 Yarımca                                       Haşavan 22 Seysulan                                      Arsavaşen 23 Güney                                          Arequni 24 Ağdaban                                       Antaqut 25 Umudlu                                         Aknaberd 26 İmarət Qərvənd                             Hakarakaberd 27 Gülablı                                          Varder 28 Dəmirçilər                                     Hand 29 Qaracalı                                         Hankadzor 30 Sarıdaş                                           Berdaşen 31 İstisu                                              Cermacur 32 Bağırlı                                           İqadzor 33 Lev                                                Levonaqyux 34 Yanşaq                                           Lernansak 35 Babaşlar                                         Suratav 36 Dədəvəng                                      Vank 37 Malikli                                           Manik 38 Həyat                                             Lancik 39 Xaçındərbətli                                 Armenakavan 40 Qozlu                                             Vaquas 41 Kiçik Qarabəy                               Мохrataqe 42 Çələbi yurdu                                  Craberd 43 Uşaq Qala (Kəlbəcər)                    Xoxanaberd- İşxanaberd 44 Füzuli                                            Varanda 45 Qubadlı                                         Sansar 46 Muradxanlı                                  Taskaberd 47 Mincivan                                       Micnavan 48 Zəngilan                                        Kovsakan 49 Cəbrayıl                                        Cırakan 50 Ayıbasanlı                                     Karyagin Qeyd:Yazı hazırlanarkən “Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin araşdırmalarından istifadə edilib.