Azərbaycan Prezidenti: “Kəlbəcər rayonu bu gün işğaldan azad olundu”

“Əziz həmvətənlər! Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu”. Bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu gün xalqa müraciətində bildirib. Prezident İlham Əliyev bu münasibətlə bütün Azərbaycan xalqını və kəlbəcərliləri ürəkdən təbrik edib.