QHT Şuşada təşkil edilən qondarma andiçmə mərasimi ilə əlaqədar bəyanat yayıb

Gənclər    sahəsində    aktiv    fəaliyyət    göstərən    AGAT    qeyri-hökumət    təşkilatıdır. Azərbaycanda   sülhün,  insan   haqlarının   və   Avropa   demokratik  dəyərlərinin   təbliği istiqamətində çalışır. Təşkilatın əsas missiyası Azərbaycanda Avropa vətəndaş cəmiyyəti modelinin möhkəmlənməsinə töhfə verməkdir. AGAT Azərbaycanın işğaldakı Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz prezident seçkilərini  və  andiçmə  mərasimini  sərt  şəkildə  pisləyir.  Separatçıların  bu  addımını beynəlxalq   təxribat   aktı   kimi   dəyərləndirir   və   hesab   edirik   ki,   bu   Ermənistan Respublikasının ilhaq siyasətinin daha bir təzahürüdür. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də ona bitişik yeddi rayonu 1992-ci ildən indiyədək  Ermənistan  Respublikasının  işğalı  altındadır.  İşğal  nəticəsində  yaradılan, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qanunsuz hesab edilən, qondarma “Dağlıq  Qarabağ  Respublikası”  beynəlxalq  hüquq  tərəfindən  də  tanınmır.  Həmin  bu qondarma qurum münaqişənin həlli ilə bağlı nəyin ki, Azərbaycan höküməti, həmçinin heç bir beynəlxalq təşkilatla əməkdaşlıq etmir və etmək niyyətində də deyil. Dağlıq  Qarabağın  işğal  olunmuş  torpaqları  və  ona  bitişik  yeddi  rayon  beynəlxalq səviyyədə  Azərbaycan  Respublikasının  ərazisi  kimi  tanınır:  BMT-yə  üzv  olan  bütün dövlətlər  Azərbaycan  Respublikasının  ərazi  bütövlüyünü  dəstəkləyir.  Bu  bir  daha  onu deməyə  əsas  verir  ki, keçirilən  prezident seçkiləri  və  təşkil  edilən  and  içmə  mərasimi beynəlxalq   hüququn   norma   və   prinsiplərinə,   habelə   Azərbaycan   Respublikasının qanunlarına ziddir. Rəsmi Bakının razılığı olmadan Dağlıq Qarabağ ərazisində (və digər işğal olunmuş ərazilərdə) qəbul edilmiş hər hansı bir qərar qanuni hesab edilə bilməz. Diqqətə   çatdırmaq   yerinə   düşər   ki,   qondarma   seçkilər   Dağlıq   Qarabağın   yerli azərbaycanlı  əhalisinin  iştirakı  olmadan  keçirilmişdir.  Söhbət  Ermənistanın  işğalçılıq siyasəti  nəticəsində  öz  torpaqlarından  zorla  qovulmuş  yüz  minlərlə  azərbaycanlıdan gedir. Bu seçkilər və andiçmə mərasimləri təkcə beynəlxalq qanunu kobudcasına pozmaq deyil, eyni  zamanda  qeyri-demokratik  və  məcburi  köçkünlərin  insan  haqlarını pozmaq deməkdir. Azərbaycan  xalqının  tarixi-mədəni  irsində  xüsusi  əhəmiyyəti  olan  Şuşa  şəhərində “andiçmə” adı altında təşkil edilən bu təxribatda Ermənistanın baş nazirinin iştirakı bir daha onun beynəlxalq hüquqa məhəl qoymadığını göstərir.Bütün bunları nəzərə alaraq beynəlxalq  ictimaiyyət  Ermənistana  sanksiya  tətbiq  etməli,  üzv  olduğu  beynəlxalq qurumlarda fəaliyyətinə yenidən nəzərdən keçirməlidir.