Azərbaycan xalqı sahib olduğu milli dəyərlərini daim ən yüksək səviyyədə mühafizə etməklə mənəvi-ideoloji baxımdan özünün milli həmrəyliyi və bütövlüyünü qoruyub saxlaya bilib. Müstəqillik əldə etdikdən sonra isə milli-mənəvi dəyərlərimizi sistematik formada konseptuallaşdıraraq mühafizə və təbliğ etmək vəzifəsi xalqımızın qarşısında başlıca məsələ kimi dayanırdı. Azərbaycan xalqı sahib olduğu mənəvi dəyərləri zənginləşdirərək, müasir çağırışlarla uzlaşdıraraq yaşatmaqdadır. Xalqımıza məxsus olan milli-mənəvi dəyərlər əsrlərdən keçərək bu günümüzə qədər gəlib çatıb. Buna görə də gənclərdə tarixi dəyərlərə bağlılığın qorunub saxlanması dövlətimizin diqqət mərkəzində olan məsələdir. Milli irsimizin mühafizəsi məsələsi Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində öz əksini tapıb: “Hər kəs, tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır”. Onu da qeyd etmək lazımdır ki, Azərbaycandakı dövlət quruculuğu milli dəyərlərə söykənsə də, bu, heç də bəşəri dəyərlərin inkar olunması anlamına gəlmir. Çünki ilk növbədə, öz milli çalarları ilə digər xalqların mədəniyyətlərindən seçilən müasir Azərbaycan mədəniyyəti bəşəri dəyərlərlə də uzlaşır, yeni keyfiyyətlər qazanır. Bildiyimiz kimi, Azərbaycan dünya mədəniyyətinə açıq olmaqla Qərbə inteqrasiya edən bir dövlətdir. Müasir qloballaşma prosesinin təsirləri burada da özünü göstərir. Lakin qloballaşmanın bir parçasına çevrilmək, ümumdünya mədəniyyətinin tərkib hissəsi olmaq milli özünəməxsusluğun, milli mədəniyyətin və dəyərlərin itirilməsi ilə müşayiət olunmamalıdır. Milli şüura və milli mədəniyyətə sahib olan cəmiyyətin yetişməsi qloballaşma mühitində milli-mənəvi dəyərlərin, dövlətçiliyin əhəmiyyətini inkar edən düşüncə tərzinin yayılmasının qarşısını alır. Bu kontekstdə gənclərin milli mənəvi dəyərlər əsasında–tariximizə məhəbbət və milli ruhda tərbiyə alması vacib məsələ kimi çıxış edir. Dövlətin yüksək səviyyəli diqqət və qayğısının fonunda mütəmadi olaraq inkişaf edən Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərlərin mənimsənilməsində, həm də təbliğində dinamik təbəqə kimi çıxış edir. Əlbəttə, burada mədəniyyətin, tarixi dəyər və zənginliklərin beynəlxalq miqyasda təbliğ olunması da mühüm istiqamətlərdən biridir. Əsas məsələ isə budur ki, Azərbaycan gəncliyi bu kontekstdə dövrün tələb və reallıqlarına uyğun surətdə çevik və səmərəli fəaliyyət mexanizmi ilə milli inkişafa strateji töhfələr verməlidir. Bəhs olunan çıxışı zamanı bu məsələyə toxunan dövlətimizin başçısı vurğulayıb ki, biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır: “Çünki bu gün qloballaşma prosesi gedir. Düzdür, son vaxtlar bu “qloballaşma” sözü daha az çəkilir. Ancaq proses gedir. Sadəcə olaraq, bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər. Budur bunun təməlində dayanan əsas məqsəd. Əlbəttə ki, indi qloballaşma deyəndə bəziləri bunu inteqrasiya, dünyanın yeni inkişaf modeli kimi qələmə verirlər. Ola bilər, müsbət məqamlar da var, onları mən inkar etmək istəmirəm. Ancaq, eyni zamanda, açıq-aydın görünür, bu siyasətlə böyük dairəyə hakim olmaq, təsir imkanlarını genişləndirmək istəyirlər ki, xalqlar öz köklərindən ayrılsınlar, öz əcdadlarını, tarixlərini unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər ki, onları istənilən istiqamətə göndərmək mümkün olsun. Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur. Yaşlı nəslin borcudur ki, bax, bu ənənələri yaşatsınlar və gəncləri milli ruhda böyütsünlər”. Dinamik tərəqqiyə malik olan müasir Azərbaycan milli dəyərlərini mühafizə edir.Beləliklə, tarixin bütün dövrlərində dini, milli və mədəni dəyərlərə, müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi sayılan Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına və bu istiqamətdə beynəlxalq inteqrasiya prosesinə fundamental töhfələr bəxş edir. Ən qədim sivilizasiya mərkəzlərindən olan Azərbaycanda sivilizasiyanın inkişafının əsas mərhələləri müəyyən edilib.
Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu illər sosial-iqtisadi çətinliklər, müharibə şəraiti, müxtəlif qüvvələrin gənclərə təsir cəhdləri ilə müşayiət olundu. Ümummilli lider özünün aydın strategiyası ilə müstəqilliyin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqların qorunmasına səfərbər etmiş, onların vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmışdır. 1996-cı il fevralın 2-də keçirilən Gənclərin I Forumunda ümummilli lider gənclərin qarşısında tarixi vəzifələr qoydu.
2003-cü ildən sonra Prezident İlham Əliyev mövcud ənənələrə əsaslanaraq gənclər siyasətini daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramları qəbul edilib, 2007-ci il “Gənclər ili” elan edilib, 2011-ci ildə Gənclər Fondu yaradılıb, 2013-cü ildə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis edilib, Azərbaycan gənclərinin inkişaf strategiyası təsdiq olundu. Gənclər siyasətində milli və dövlət maraqlarının üstünlüyü 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişmiş gənclər həyata keçirib.
Sivilizasiyalararası dialoqun inkişafına və bu istiqamətdə beynəlxalq inteqrasiya prosesinə fundamental töhfələr bəxş edir. Ən qədim sivilizasiya mərkəzlərindən olan Azərbaycanda sivilizasiyanın inkişafının əsas mərhələləri müəyyən edilib.
Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu illər sosial-iqtisadi çətinliklər, müharibə şəraiti, müxtəlif qüvvələrin gənclərə təsir cəhdləri ilə müşayiət olundu. Ümummilli lider özünün aydın strategiyası ilə müstəqilliyin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqların qorunmasına səfərbər etmiş, onların vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmışdır. 1996-cı il fevralın 2-də keçirilən Gənclərin I Forumunda ümummilli lider gənclərin qarşısında tarixi vəzifələr qoydu.
2003-cü ildən sonra Prezident İlham Əliyev mövcud ənənələrə əsaslanaraq gənclər siyasətini daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramları qəbul edilib, 2007-ci il “Gənclər ili” elan edilib, 2011-ci ildə Gənclər Fondu yaradılıb, 2013-cü ildə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis edilib, Azərbaycan gənclərinin inkişaf strategiyası təsdiq olundu. Gənclər siyasətində milli və dövlət maraqlarının üstünlüyü 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişmiş gənclər həyata keçirib.
Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclərdə tariximizə məhəbbət ruhunun möhkəmləndirilməsi” layihəsi çərçivəsində çap olunur.
© 2020 - Created by İLK XEBER.