Bəxtiyar Əhmədovun "Yardımlının Dəlləkli kəndi haqqında eşitdiklərim, bildiklərim" adlı yeni kitabı çapdan çıxıb.
Qeyd edək ki, Yardımlı rayonunun Dəlləkli kəndində yaşayan və ixtisasca riyaziyyat müəllimi olan Bəxtiyar Əhmədov füsunkar Yardımlı təbiətinin yorulmaz təbliğatçısıdır.
Bu yaxınlarda Yardımlı şəhəri, YAP Rayon Şöbəsinin inzibatı binasının akt zalında "Yardımlının Dəlləkli kəndi haqqında eşitdiklərim, bildiklərim" kitabının geniş təqdimatı mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əli İsgəndərov müəllifin bioqrafiyası və kitab barədə ətraflı məlumat verib. Sonra Rayon Ağsaqqallar Şurası İdarə Heyyətinin üzvü, Rayon Veteranlar Şurasının sədri Zakir İmanov, Rayon Təhsil İdarəsinin aparıcı mütəxəsisi, şair Pənah Dumanoğlu, Jiy kənd məktəbinin müəllimi Tağızadə müəllim, Rayon Mədəniyyət İşçiləri üzrə mühasib, Dəlləkli kənd ağsaqqallarından Bayraməli Zairov, Bozayran kənd tam orta məktəbinin tanınmış müəllimi, hazırda təqaüddə olan Zülfüqar Qurbanov, Yardımlı şəhər sakini Bəxtiyar Ağayev çıxış ediblər. Onlar müəllifi təbrik etməklə yanaşı kitab haqqında təəssüratlarını bölüşərək kitabın daha çox oxucuya gərəkli olması ilə yeni nəşrə kömək üçün müəllifə dəstək olmağın vacib olduğunu dilə gətiriblər.
Tədbirin yekununda kitabın müəllifi Bəxtiyar Əhmədov çıxış edərək kitabdakı bəzi məqamlara aydınlıq gətirib, topladığı materialların əksəriyyətinin arxiv materialları olduğu və apardığı axtarışların nəticəsi haqqında məlumat verib. Müəllif tədbir iştiarkçılarına göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.
© 2020 - Created by İLK XEBER.