İstanbul turizmdə rekord vurdu – FOTO

Dünyanın ən çox ziyarət edilən şəhərlərindən biri olan İstanbul 2023-cü ildə 17 milyon 370 min 30 xarici ziyarətçi qəbul edərək bütün illərin rekordunu vurub.

İlkxeber.org xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, İstanbula gələn əcnəbilərin sayı əvvəlki ilə nisbətən 8.44% artıb.

2023-cü ildə İstanbula ən çox xarici ziyarətçi sayına əsasən Rusiya Federasiyası 1 milyon 990 min 226 nəfərlə birinci, Almaniya 1 milyon 286 min 504 nəfərlə ikinci, İran 1 milyon 53 min 638 nəfərlə üçüncü, ABŞ isə 853 min 766 nəfərlə dördüncü olub. 701 min 361 nəfərlə İngiltərə (Birləşmiş Krallıq), 604 min 509 nəfərlə Səudiyyə Ərəbistanı və 589 min 149 nəfərlə Fransa sıranı izləyib.