"Ermənilər vətəndaşlarımızın Qarabağa köç prosesindən narahatdır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Bildiyimiz kimi, 30 ilə yaxındır ki, Azərbaycan xalqı torpaq həsrəti ilə yaşayırdı. Doğrusu, bu 30 ildə xalqın ümidi də kəsilmişdi. Cənab Prezidentimizin səyi və apardığı daxili-xarici siyasət nəticəsində torpaqlarımız işğaldan azad olundu. Daha doğrusu, xalqın şərəf və ləyaqəti özünə qayıtdı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.


Azad Məsiyev sözlərinə belə davam edib: "Xalqımız torpağa və vətənə çox bağlıdır. Bu baxımdan vətəndaşlarımızın dədə-baba yurduna qayıtması və vətən həsrətinin aradan qalxması çox mühüm hadisədir. Bu xalqımızın içində uzun müddətdir ki, yaşayırdı.

Qərbi Azərbaycan İcması beynəlxalq təşkilatlara və o cümlədən Ermənistan rəhbərliyinə müraciət edir ki, onların dədə-baba torpaqlarına qayıtma istəyi var. Ölkəmiz bunu açıq şəkildə nümayiş etdirir.

Xalqımız yurduna o qədər bağlıdır ki, torpaqlarımızın işğal olunması ilə heç vaxt barışmayacaqdı və barışmadı. Ermənilər bu proseslərdən çox həyəcan keçirirlər. Çünki Azərbaycan xalqı öz torpaqlarına qayıtmaqla bərabər oraları abadlaşdırır və infrastrukturu möhkəmləndirir. Ermənilər ondan da narahatdır ki, Qərbi Azərbaycan İcması da geri qayıtmaq istəyir. Bu onları çox qorxudur. Təbiidir ki, bu istəyin reallaşması üçün addımlar atılır. Beynəlxalq təşkilatlarda bu məsələ siyasi müzakirə predmetinə çevrilib. Eyni zamanda Ermənistan-Azərbaycan arasında sülh danışığı zamanı bu mövzu şərh kimi ortaya qoyulacaq.

Ermənilərin vətəni olmayıb. Ona görə də onlar torpağa bağlı deyillər. Onlar qaraçı kimi haradasa kök salıb yaşaya bilər. Amma Azərbaycan xalqının öz prinsipləri olub və daim olacaq".