Hazırda Xankəndidəki separatçıların yeganə kommunikasiyası" Karabakh Telecom"un mobil rabitəsi və mobil internetidir.
Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, qondarma "Artsax Hökuməti", qanunsuz erməni hərbi birləşmələri bu qanunsuz telekommunikasiya operatorundan hərbi məqsədlər üçün istifadə edirlər: "Həmçinin orada yaşayan ermənilər də bu anda bütün dünyaya dezinformasiyanı və montaj edilmiş şəkilləri, videoları məhz bu mobil operator üzərindən yayırlar.
Bizim hökumətimiz Bakıda və regionlarda hərbi vəziyyət, fövqəladə vəziyyət elan olunmasa da, sosial mediada və internetdə bəzi məhdudlaşmalar aparıb.
Biz antiterror tədbirləri çərçivəsində olan bu addımları anlaşıqla qarşılayırıq və indiki anda doğru hesab edirik.
Amma daha doğru olardı ki, oxşar addımlar, dezinformasiyanın qarşısının alınması istiqamətində tədbirlər bütün Azərbaycan ərazisində reallaşmış olaydı.
Yeri gəlmişkən, hazırda İrəvanda Hökumət evi qarşısında etiraz aksiyası keçirənlərin əsas informasiya mənbəyi də "Karabakh Telecom"dur.
Odur ki, Xankəndi və ətraf ərazilərdə " "Karabakh Telecom" infrastrukturunun da, oradakı internet və sosial medianın da antiterror tədbirləri çərçivəsinə salınması doğru və məntiqli olardı.
Əminəm ki, bizim təhlükəsizlik xidmətlərində bu koordinatlar var".
Ekspert "Karabakh Telecom"un baza stansiyasının əsas koordinatlarını təqdim etdi: Dezinformasiya mənbəyi vurulmalıdır - FOTO
16 20.09.2023 00:25 Ölkə A A
Hazırda Xankəndidəki separatçıların yeganə kommunikasiyası" Karabakh Telecom"un mobil rabitəsi və mobil internetidir.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, qondarma "Artsax Hökuməti", qanunsuz erməni hərbi birləşmələri bu qanunsuz telekommunikasiya operatorundan hərbi məqsədlər üçün istifadə edirlər: "Həmçinin orada yaşayan ermənilər də bu anda bütün dünyaya dezinformasiyanı və montaj edilmiş şəkilləri, videoları məhz bu mobil operator üzərindən yayırlar.
Bizim hökumətimiz Bakıda və regionlarda hərbi vəziyyət, fövqəladə vəziyyət elan olunmasa da, sosial mediada və internetdə bəzi məhdudlaşmalar aparıb.
Biz antiterror tədbirləri çərçivəsində olan bu addımları anlaşıqla qarşılayırıq və indiki anda doğru hesab edirik.
Amma daha doğru olardı ki, oxşar addımlar, dezinformasiyanın qarşısının alınması istiqamətində tədbirlər bütün Azərbaycan ərazisində reallaşmış olaydı.
Yeri gəlmişkən, hazırda İrəvanda Hökumət evi qarşısında etiraz aksiyası keçirənlərin əsas informasiya mənbəyi də "Karabakh Telecom"dur.
Odur ki, Xankəndi və ətraf ərazilərdə " "Karabakh Telecom" infrastrukturunun da, oradakı internet və sosial medianın da antiterror tədbirləri çərçivəsinə salınması doğru və məntiqli olardı.
Əminəm ki, bizim təhlükəsizlik xidmətlərində bu koordinatlar var".
© 2020 - Created by İLK XEBER.