Türkiyə xarici ölkələrdə ilk müdafiə sənayesi müşaviri təyinatını Azərbaycana edib.
İlkxeber.org xəbər verir ki, bu vəzifə İlker Türközə tapşırılıb.
Türkiyə tarixində ilk dəfə olaraq Müdafiə Sənayesi Başqanlığının 9 ölkə üzrə müdafiə sənayesi müşaviri postu yaradılıb. Həmin ölkələr arasında isə ilk təyinat Azərbaycana edilib.
Qeyd edək ki, ötən gün Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçıya Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşündə müdafiə sənayesi müşaviri İlker Türköz müşayiət edib. Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib və məsləhətləşmələr aparılıb.
Müşavir İlkər Türköz həmçinin “ASELSAN Bakı” şirkətinin baş direktoru Özgür Kürüm ilə də görüşüb.
© 2020 - Created by İLK XEBER.