SON DƏQİQƏ! Müdafiə Nazirliyindən Ermənistana SƏRT XƏBƏRDARLIQ

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rəhbərliyinə xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, bu barədə nazirliyin Ermənistanın bölgədə vəziyyəti gərginləşdirməsi ilə bağlı yaydığı məlumatda bildirilib.

"Yaranmış gərginliyə və onun fəsadlarına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - MN-dan qeyd olunub.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutub. Nəticədə Azərbaycan Ordusunun üç hərbi qulluqçusu yaralanıb.

Musavat.com