"Azərbaycan Prezidenti dünya lideri olduğunu bir daha sübut etdi"

“Azərbaycan beynəlxalq miqyasda üzərinə düşən vəzifələri hər zaman layiqincə həyata keçirən ölkə kimi dünya  dövlətləri tərəfindən  fəaliyyəti hər zaman yüksək qiymətləndirilib və böyük etimad göstərilib. Azərbaycanın dünyanın BMT-dən sonra dünyanın ən böyük təşkilatı  sayılan  Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilat yeni bir inkişaf mərhələsinə qədəm qoyaraq, nüfuzlu bir beynəlxalq təşkilat kimi beynəlxalq aləmdə özünü təsdiqləyib”.
Bunu “İlk xəbər”ə açıqlamasında millət vəkili Məlahət İbrahimqızı  deyib.
M.İbrahimqızı qeyd edib ki, məhz bunun nəticəsi olaraq Azərbaycanın bu təşkilata sədrlik müddəti bir il artırılıb: "Bu Azərbaycan olan münasibətin göstəricisidir. Biz bunu  hazarda Bakıda keçirilən  Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə  şahidi olduq. Azərbaycanın bu təşkilata sədrliyi  heç də asan dövrü əhatə etməyib. Azərbaycan Qoşulamam Hərəkatına qlobal maliyyə-iqtisadi böhranı və kataklizmləri, dünyada baş verən ciddi geosiyasi proseslər və pandemiya dövründə sədrlik etdi. Azərbaycan  təşkilata sədrliyi  dövründə qurumun “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını  nəinki qətiyyətlə qorudu, eyni zamanda onun beynəlxalq nüfuzunun möhkəmlənməsi istiqamətində əməli addımlar atdı. Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu. 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Bundan əlavə, Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir”.
Deputat əlavə edib ki, Azərbaycanın sədrliyi dövrünə təşkilat institutsional şəkildə inkişaf etdi və yeniliklərə imza atdı: “Bununla da Azərbaycan təşkilatın institusional davamlılığa doğru atılan bu addımları ilə növbəti sədrlərə mütləq uğurlu bir miras qoymuş oldu".
Azərbaycan Prezidentinin iclasdakı çıxışının əəhmiyyətinə toxunan deputat bildirib ki, cənab Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxışı ilə bir daha dünya səviyyəli lider olduğunu sübut etmiş oldu: “Azərbaycan Prezidenti digər  dünya dövlətləri liderlərindən fərqli olaraq qlobal problemləri deyil, eyni zamanda onun doğru  həll yollarını və üzləşilən vəziyyətdən çıxış yollarını da göstərməyi bacarır.
Cənab Prezidentin BMT-nin bəşəriyyətin gözləntilərinə cavab verməməsi və ciddi islahatların aparılmasının qaçılmaz olması barədə səsləndiridi fikirlər çox böyük önəm kəsb edir. Prezident qətiyyətli formada BMT Təhlükəsizlik Şurası keçmişin qalığı olduğunu və hazırkı reallıqları əks etdirmədyini açıq formada bəyan etdi. Məhz BMT-nin səmərəsiz fəaliyyəti  və üzərinə düşən vəzifəni layiiqncə yerinə yetirməyib, Təhlükəsizlik Şurasına üzv ölkələrin bir alətinə çevrilməsi nəticəsində  bu gün dünyada  ciddi böhranlı anlar yaşayır, kataklizmlər hökm sürür,  beynəlxalq hüququn norma və prinsipləri işləmir. Əgər BMT  səmərəli fəaliyyət göstərsəydi bu gün dünyanın müxtəlif bölgələrində  beynəlxalq hüquq normalaır kobud surətdə pozulmazdı, münaqişlər olmazdı. Çox təəssüf ki, BMT TŞ-nin daimi üzvlərinin dünyadakı münaqişələrə, böhranlara ikili yanaşmaları nəticədə qlobal böhranlara gətirib çıxarıb. Bu gün  beynəlxalq aləm Üçüncü Dünya Müharibəsi ilə üz-üzə qalıb. Ona görə də  cənab Prezidentin bəyan etdiyi kimi, BMT-də, xüsusən də Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinə ciddi ehtiyac var. Cənab Prezidentin bununla bağlı qaldırdığı məsələ Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən də çox müsbət qarşılanıb və təqdir edilib. Cənab Prezidentin qaldırdığı ikinci ən vacib məsələ beynəlxalq aləmdə neokolonializm meyillərinin artmasından olan narahatçılığıdır. Prezident bəyan edib ki, dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir. Prezident bəyan edib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır. Bu yolverilməz haldır və Azərbaycan buna heç bir zaman imkan verməyəcək. Odur ki, Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir. Bu neokonolizm siaysətinə son verməlidir. Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır.
Cənab Prezidentin iclasda toxunduğu digər  həssas məsələ Avropada irqçiliyin, islamafobiyanın yenidən baş qaldırması ilə bağlı olan məslədir ki, bu da  beynəlxalq təhükəsizlik sisteminə ciddi  təhdiddir. Prezident eyni zamanda bölgədə sülhə təhdid olan Ermənistanın  destruktiv fəaliyyəti ilə bağlı qaldırdığı məsələdir.  Ermənistanın işğalçılıq siyasətinə son verilib, kapitulyasiya aktına məcbur edilsə də, bölgədə sülhün təmin edilməsi istiqamətində addımlar atmaqdan yayınır. Məhz bunun nəticəsi olaraq   hələ də sülh sazişi imzalanmayıb. Zəngəzur dəhlizi açılmayıb. Ermənistanın işğlaçılıq siyasətinin nəticəsi olaraq Azərbaycan bu gün də mina  terrorundən əziyyət çəkir. 10 noyabr 2020-ci il sülh bəyanatından sonra  300-dək Azərbaycan insanı mina terrorunun qurbanı olub. Bu gün Azərbaycan dünyada ərazisi ən çox minalarla çirklənmiş ölkələrdən biridir.  Bu da işğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Bu da işğaldan azad olunmuş ərazilərdə yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir.
Bütün bunlara baxmayaraq Azərbaycan Cənubi Qafqazda sülhün əldə olunması üçün öz sülh əlini Ermənistan tərəfində uzadıb və bununla bağlı bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib. Lakin buna baxmayaraq İrəvan sülh danışıqlarından manipulaysiya etməkdədir.  Əgər BMT kimi mötbər təşkilat üzərinə düşən vəzifəni yerinə yetirib səmərəli fəaliyyət göstərsəydi, o zaman işğlaçılıq fəaliyyətinə görə, Ermənistana qarşı ciddi tədbirlər görülərdi. Məhz onun səmərəsiz fəaliyyəti və lazımi məqamda Təhlükəsizlik Şurasının bəzi üzvlərinin himayədarlığı nəticəsində Ermənistanı işğalçılıq siyasətinə təşvqi ediblər. Amma  yekunda Azərbaycanın  lideri  cənab İlham Əliyevin qətiyyətli, cəsarətli  siyasəti nəticəsində bu işğalçılığa son verilib. Azərbaycanın qətiyyətli iradəsi nəticəsində bölgədə dayanıqlı sülh təmin olunacaq və kimsənin buna şübhəsi olmasın”.

Səid