Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan 54,47 faiz, Kamal Kılçdaroğlu 45,53 faiz səs toplayıb.
Ilkxeber.org bildirir ki, bu barədə Türkiyənin Ali Seçki Şurasının sədri Ahmet Yener deyib.
***20:13
Türkiyə 14 may seçkilərində prezidentliyə namizədlərin 50 faizlik baryeri keçə bilməməsindən sonra bu gün yenidən seçkiyə gedib.
Avropa.info xəbər verir ki, Prezident seçkilərinin ikinci turunda səsvermə saat 08:00-da başlayıb, saat 17:00-da başa çatıb.
Saat 17.00-dan etibarən bağlanan seçki qutularında səslərin sayılmasına başlanılıb.
Qeyri-rəsmi nəticələrə görə, Türkiyədə seçki qutularının 97,12 faizi açılıb.
Rəcəb Tayyib Ərdoğan: 52,21
Kamal Kılıçdaroğlu: 47,79
Qeyd edək ki, seçki üçün ölkə üzrə 973 dairə və 1094 dairə seçki komissiyasında 191 mindən çox seçki qutusu yaradılıb. Seçkilərdə Cümhur İttifaqının prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan və Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu mübarizə aparıb.