Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda xaricdə və gömrük keçidlərində səs verən seçicilərin sayı 1 milyon 856 min 968 nəfərə çatıb.
Xarici nümayəndəliklərdə və gömrük keçidlərində Türkiyə hüdudlarından kənarda seçki siyahılarında qeyd olunan vətəndaşların səsvermə prosesi davam edir.
Türkiyə nümayəndəliklərində və sərhəd-keçid məntəqələrində səsvermə prosesi mayın 20-dən etibarən davam edir.
İlkxeber.org bildirir ki, Türkiyə Yüksək Seçki Komissiyasının məlumatına görə, mayın 24-ü saat 14:00-a olan məlumata görə, xarici diplomatik nümayəndəliklərdə və sərhəd-keçid məntəqələrində 1 milyon 856 min 968 seçici səs verib.
Xaricdəki nümayəndəliklərdə səsvermə prosesi mayın 24-ü saat 22:00-da, gömrük keçidlərində isə mayın 28-i saat 17:00-dək davam edəcək.
© 2020 - Created by İLK XEBER.