Baş nazir Nikol Paşinyan Gorusun Dığ kəndi istiqamətindəki vəziyyətlə bağlı jurnalistlərə açıqlama verib.
Musavat.com erməni mediasına istinadən bildirir ki, Paşinyan Dığ kəndi yaxınlığındakı problemli hissənin daha 1,4 km azaldığını söyləyib.
“Bu o deməkdir ki, bizim və azərbaycanlıların sərhədin haradan keçməsi ilə bağlı bu hissədə ümumi fikrimiz var”, - baş nazir parlamentdə jurnalistlərə bildirib.
N.Paşinyanın sözlərinə görə, təcrübə göstərir ki, sərhədçilər məsələ ilə məşğul olanda bu, müəyyən nəticələrə gətirib çıxarır.
“Ümid edirik ki, yerdə qalan 3,6 km-ə aydınlıq gətiriləcək və məsələ bağlanacaq” - Paşinyan əlavə edib.
© 2020 - Created by İLK XEBER.