Aprelin 11-də Azərbaycanla sərhəddə təxribat törədərkən məhv edilən erməni hərbçilərdən biri – Mkrtç Armeni Arutyunyanın Ermənistan ordusunda yüksək vəzifə tutduğu bildirilir.
Qlobalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, o, yenicə polkovnik-leytenant rütbəsi alaraq tabor komandiri vəzifəsinə təyin edilibmiş. M.A.Arutyunyanın xüsusi hazırlıqlı zabit olduğu, 2020-ci il müharibəsində də iştirak etdiyi vurğulanıb.
Erməni hərbçiləri onun ölümünün ordu üçün “böyük itki” olduğunu deyiblər.
Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Ermənistan tərəfindən isə 4 ölü və 6 yaralı var. Onların arasında yer alan Mkrtç Armeni Arutyunyanın məşhur erməni müğənni Qabi Qaloyanın qohumu olduğu qeyd edilib.
© 2020 - Created by İLK XEBER.