Azərbaycanın Qarabağ iqtisadi bölgəsində, özünü Xankəndidəki qanunsuz rejimin “dövlət naziri” kimi təqdim edən rusiyalı milyader Ruben Vardanyan Moskvaya qaçıb.
Bu barədə məlumatı “Caliber” yayıb.
Məlumata görə, Vardanyan Moskvaya adi qaydada getməyib, o, Rusiya paytaxtına məhz qaçıb.
Təbii ki, Vardanyan artıq başqa yolunun olmadığını anladı. İndiyədək bu istiqamətdə Azərbaycan dövlətinin, dövlət başçısı İlham Əliyevin apardığı siyasət öz nəticəsini verir.
Qətiyyətli mövqe nümayiş etdirən Azərbaycan dövləti heç bir halda quldur dəstəsinin ərazimizdə istədiyi kimi davranmasına imkan verməyəcəyini bəyan etdi. Laçın yolunda keçirilən və indi də davam etməkdə olan aksiya ilə vətəndaş cəmiyyətimiz də öz mövqeyini ortaya qoydu. Nəticədə Vardanyan çox güman ki, hansısa sülhməramlı maşının yük yerində, bəlkə də çirkli paltarların içində aradan çıxdı.
Əgər kimsə bir daha Vardanyanın, yaxud Vardanyan funksiyalı marioentin Qarabağa göndərilməsinə cəhd etsə, Azərbaycan dövlətinin qəti, prinsipial mövqeyi ilə üz-üzə qalacaq.
44 günə Qarabağı geri qaytaran Azərbaycan dövləti, Ordusu üçün bu kimi quldurları cəzalandırmaq təbii ki, çox asan bir işdir. Ancaq Azərbaycan dövləti hər zaman Qarabağdakı ermənilərə diqqətlə yanaşıb. Dəfələrlə bəyan edilib ki, bizim orada yaşayan sadə vətəndaşla düşmənçiliyimiz yoxdur. Ölkə Prezidenti bildirib: “Kim istəyirsə, Azərbaycan bayrağı altında Qarabağda yaşaya bilər. İstəməyənlər üçün qapı hər zaman açıqdır”.
Bu fikrin ardınca artıq şərhə də gərək yoxdur. Kim bayrağımızın altında, dövlətimizin nəzarətində, ədəb-ərkanı ilə yaşamaq istəyirsə, yaşaya bilər. Ermənilər artıq özləri də quldur Vardanyanın ətrafında birləşmənin mənasız olduğunu dərk edir. Onlar baş verənləri doğru-düzgün təhlil edə bilsələr, bu kimi adamların arxasınca bir daha getməzlər. Çünki bütün bunların sonu yoxdur. Vardanyan kimisi üçün xalq yox, sərvət önəmlidir. Necə ki, elə sanksiyalara görə Rusiyadan qaçıb, Qarabağda gizlənmişdi...
© 2020 - Created by İLK XEBER.