Aydınlar Partiyası Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı terror aktı ilə əlaqədar bəyanat yayıb.
İlkxeber.org xəbər verir ki, bəyanatda deyilir:
"Aydınlar Partiyası Azərbaycanın İrandakı səfirliyinə edilən silahllı terroru qətiyyətlə pisləyir və bu terroru planlaşdıran, təşkil və icra edənlərin dərhal məsuliyyətə səlb olunub cəzalandırılmasını tələb edir. Səfirlik mənsub olduğu dövlətin suveren ərazısı hesab olunur və onun mühafizəsi yerləşdiyi dövlətin, konkret halda İranın beynəlxalq hüquqi öhdəliydir. Terrorçu avtomat silahla səfirliyə daxil olub, səfirliyin bir əməkdaşını öldürüb, digərlərini yaralaya bilirsə, deməli səfirliyin xarici mühafizəsi ya pis təşkil olunub, ya da ümumiyyətlə olmayıb. Yaxud da xarici mühafizəni həyata keçirənlər terrorçu ilə əlbir olub. Ona görə də Azərbaycanın müvafiq orqanları istintaq prosesində bilavasitə iştirak etməlidirlər.
Aydınlar Partiyası hesab edir ki, İranın Azərbaycana münasibətdə dəfələrlə sərgilədiyi siyasət, hədə qorxu ritorikası ilə rəsmi açıqlamaları, təcavüzkar Ermənistanı özünün qardaş sayıb himayə və mühafizə etməsi bu terror aktının planlaşdırılıb həyata keçirilməsi üçün zəmin hazırladı. Bütün hallarda bu terror aktında İranın məsuliyyəti yetərincə var və o, beynəlxalq hüququn tələblərinin pozulmasına görə məsuliyyət daşımalıdır.
Aydınlar Partiyası terror nəticəsində şəhid olan Orxan Əsgərovun aiələsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, səfirliyin yaralanmış əməkdaşlarına şəfa diləyir".
© 2020 - Created by İLK XEBER.