Quzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) dekabrın 25-də yerli idarəetmə orqanlarına keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb.
Ilkxeber.org xəbər verir ki, ilkin nəticələrə görə, Türk Cümhuriyyət Partiyasının (CTP) namizədləri 7 bələdiyyə, Milli Birlik Partiyası (UBP) 6, müstəqil namizədlər 3, Demokrat Partiyası (DP) və Kommunal Demokrat Partiyasının (TDP) nümayəndələri isə hərəyə bir bələdiyyə yeri qazanıblar.
KKTC MSK-nın məlumatına görə, seçici fəallığı 68,85 faiz təşkil edib.
Seçki məntəqələri yerli vaxtla saat 18:00-da bağlanıb.
Ölkə üzrə 208 min 236 seçici qeydə alınıb.
© 2020 - Created by İLK XEBER.