Ermənistan SAVAŞa hazırlaşır – Paşinyan Moskvaya güc göstərir – Elxan Şahinoğlu ilə “Canlı debat”

Laçın-Xankəndi yolundakı aksiyanın əsas hədəfi gün kimi aydın. Ermənilərin onu qəsdən təhrif edib humanitar amilə kökləməsi təbiidir. Çünki qarşımızdakı əxlaqsız, heç bir bəşəri dəyər tanımayan həyasız və məkrli bir düşmən. Bizə qarşı daima qərəzi, kini bitib-tükənməyən, saxtakar, ikinci yüz ildir beynəlxalq birliyi öz “timsah göz yaşları” ilə çaşdırmağa çalışan sırtıq və riyakar bir toplum.

Ancaq əfsus ki, bəzən “sapı özümüzdən olan balta”lar da düşmənin bizə qarşı əsassız iddialarına bilərəkdən və ya bilməyərəkdən zəmin yaradır, “erməni dəyirmanı”na su tökürlər.

Məsələn, siyasi şərhçisi Azər Qasımlı AzadlıqRadiosuna deyib ki, Laçın-Xankəndi yolunda etiraz aksiyasının sülh prosesinə heç bir müsbət təsiri yoxdur: “Hətta sülh prosesini tamamilə dağıdan bir aksiyadır. Bu aksiyanın Azərbaycanın milli maraqlarına heç bir aidiyyəti və gözlə görüləcək hər hansı dividenti yoxdur”.
Onun iddiasına görə, Azərbaycanın maraqları onda təmin olunardı ki, həqiqi sülh prosesi başlayardı və bu, Rusiyanın iştirakı olmadan davam etdirilərdi: “Amma belə bir aksiyalar olursa və Laçın dəhlizi qapadılırsa (dəhliz qapadılmayıb, sadəcə, ermənilərin ondan cinayətkar məqsədlər üçün istifadəsinə imkan verilmir! – red.), təbii ki, orada sülhməramlı kontingentə daha çox ehtiyac duyulmağa başlayır. Qarabağda olan ermənilərin usiyaya ehtiyacı daha çox olur. Ermənistanda millətçilər, Rusiyaya bağlı olan siyasətçilər bəyan edir ki, Rusiya sülhməramlıları olmasa, Azərbaycan hücum edəcək, humanitar böhran yaradacaq. Buna da rəvac verən aksiyanı təşkil etməklə Azərbaycan iqtidarı oldu. Başqa heç bir nailiyyət yoxdur”.

Belə çıxır, Azərbaycan dövləti separatçı kriminal elementlərin sərvətlərimizi rahatca talamasına, ekologiyamızı məhv eləməsinə, ərazimizdə qanunsuz ordu qurmasına göz yummağa davam eləməli idi, nədi-nədi 10 noyabr sənədi var?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının aparıcılığı ilə “Canlı debat” verilişində ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.