Rusiyanın Bryansk vilayətində energetika obyekti dron hücumuna məruz qalıb.
Axar.az xəbər verir ki, bu barədə regionun rəhbəri Aleksandr Boqomaz Teleqram kanalında məlumat verib.
“PUA-nın Trubçevski rayonunda rayon elektrik şəbəkəsinə hücumu nəticəsində administrativ bina və avtomobilə zərər dəyib. Zərərçəkən yoxdur”, - deyə o bildirib.
Hadisə yerində xüsusi xidmət orqanları çalışır.
Qeyd edək ki, Braynsk Ukraynanın Sum vilayəti ilə həmsərhəddir.
© 2020 - Created by İLK XEBER.