Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar "Anadolu" agentliyinin əməkdaşına 2022-ci ildəki proseslərlə bağlı dəyərləndimələr edib.
İlkxeber.org xəbər verir ki, Ersin Tatar 2022-ci ili KKTC üçün əhəmiyyətli olduğunu bildirib.
Şərqi Aralıq dənizində təbii qaz, karbohidrogen, enerji və digər sahələrdəki inkişafın KKTC-nin bölgədəki siyasi və strateji dəyərini artırdığını qeyd edən Tatar, bu mənada, ölkənin hava məkanında, FIR Xəttində və dəniz yurisdiksiyalarında hökmranlığının vacibliyinə diqqət çəkib.
"Geçitkale Hava Limanında İHA və İskele-Mağusa bölgəsində dəniz bazası qurulması istiqamətində işlər davam edir. Geçitkale İHA-ların yerləşdirilməsi üçün Türkiyə Silahlı Qüvvələrinə verilib", - deyə o bildirib.
Tatar İHA və Dəniz Bazası layihəsi ilə Avropa Birliyinə (AB) və Kipr Rum Administrasiyasına (KKİ) mesajlar göndərildiyini bildirib: "Türkiyə Cümhuriyyəti qarant ölkədir. Türkiyə Cümhuriyyəti bizim vətənimizdir. Türkiyə bu bölgənin ən güclü və ən böyük ölkəsidir". O qeyd edib ki, Türkiyədə sabitliyin qorunub saxlanması, "Mavi Vətən"dəki hüquqların qorunub saxlanılması və bölgədə Türkiyə-Yunanıstan balansı mühüm əhəmiyyət kəsb edir.
Ersin Tatar İHA və SİHA-ların və Türk Hərbi Hava Qüvvələrinin KKTC hava məkanında üstünlüyünün onlara güc verdiyini vurğulayıb.
Rum Administrasiyasının silahlanma proqramları üçün ayırdığı son büdcəni və ABŞ-ın Kipr rumlarına qarşı silah embarqosunu qaldırmasını dəyərləndirən Tatar, hər iki vəziyyəti yaxından və səbrlə izlədiklərini bildirib.
Kipr Rum Administrasiyasının illərdir silahlı olduğunu və bu vəziyyətin bölgədə sabitliyi pozmaq məqsədi daşıdığını bildirən Tatar qeyd edib, "Kıbrıs Rum tərəfinin daha da silahlanacağına dair məlumatlar var".
Kipr rumlarının silahlanma hərəkətlərinə qarşı Türkiyənin hər zaman KKTC-nin yanında olduğunu bildiklərini və lazımi tədbirləri gördüklərini ifadə edən Tatar bildirib ki, Kıbrıs Rum Rəhbərliyi son 3 ildə silaha 500 milyon avro xərcləyib: "Kipr türklərinə qarşı belə xərclər çox ola bilər, amma Türkiyə Cümhuriyyətinə qarşı bu səylər, məncə, boşunadır".
Tatar, prezident seçildiyi 2020-ci ildən etibarən KKTC-nin yeni siyasətə keçdiyini və bu mənada federal əsaslı dövlət yerinə bərabər beynəlxalq statusa malik iki suveren dövlət prinsipinin qəbul edildiyini bildirib.
Ersin Tatar bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında Quzey Kıbrısr Türk Cümhuriyyətinin rəsmən tanınması ilə bağlı çıxışı ilə ölkəsinin Türk Dövlətləri Təşkilatına Konstitusiya adı ilə müşahidəçi üzv kimi qəbul edilməsinin statusunun yüksəlmə ili oldu.
Prezident Ersin Tatar İslam Əməkdaşlıq Təşkilatı (İƏT), TDT üzvləri və Afrika ölkələrinin son vaxtlar KKTC-nin tanınmasına müsbət yanaşdıqlarını bildirib:
"Hazırda bunu kimin tanıyacağını söyləmək mənim üçün çətindir, lakin bir də baxdıq ki, Qambiyanın vitse-prezidenti bizə gəldi. Onlar bizə KKTC ilə münasibətlərini yaxşılaşdırmaq istədiklərini söylədilər. Düşünürəm ki, belə əlaqələr inkişaf edəcək. Zamanla KKTC-nin qəbulu, tanınması və gördüyü sayğı daha da artacaq”.
© 2020 - Created by İLK XEBER.