Noyabrın 29-da “Hilton” otelində Quzey Kıbrıs Türk Cümhuriyyətinin Milli bayramı - 39-cu ildönümü münasibətilə təşkil olunmuş təntənəli bayram tədbiri keçirilib.
Tədbirin açılış mərasimdə Azərbaycan və Türkiyə himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Quzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner şəhidlərin əziz xatirəsini anıb, ailələrinə səbr diləyib. Xanım daha sonra isə Şimali Kiprin yaranma tarixindən və bu yolda aparılan mücadilənin çətinliklərindən söz açıb.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Azərbaycanın ictimai-siyasi xadimləri, Milli Məclisin deputatları və jurnalistlər iştirak ediblər.
Qeyd edək ki, Kıbrıs adasında türk və rum kəsimlərini bir federativ dövlətdə birləşdirmək üçün BMT bir plan təklif etmişdi. Planın müəllifi BMT-nin ozamankı baş katibi Kofi Annan olduğu üçün Annan planı adlanır. Plan 2004-cü ilin aprel ayında referenduma çıxarıldı. Adanın Türk tərəfi 64,91 faiz səslə bu planın lehinə, rum tərəfi 75,38 faiz səslə əleyhinə səs verib, Annan planını rədd etdi. Qərbin ikili standartının nəticəsi olaraq bundan sonra Kıbrıs adasının rum tərəfinin "müstəqilliyi" tanındı və Avropa Birliyinə üzv qəbul edildi...
Quzey Kıbrıs Türk Cümhuriyyəti bu yaxınlarda Türk Dövlətləri Təşkilatına müşahidəçi hüquqlu üzv qəbul olunub.
© 2020 - Created by İLK XEBER.