Noyabrın 26-da MHŞT üzrə Azərbaycan Milli Koalisiyasının XXII Ümumi Yığıncağı keçirilib.
Koalisiyanın ilk yaradıcılarından olan ictimai xadimlər - Sabit Bağırov və Himayət Rizvanqızının sədirliyi ilə keçən Ümumi Yığıncaqda Şuranın fəaliyyəti yüksək qiymətləndirildi və onlara bundan sonra da şəffaflıq uğrunda həyata keçirdikləri fəaliyyətlərdə daha ardıcıl və prinsipial olmaları arzu edildi.
MHŞT sahəsində tanınmış iqtisadçı ekspertlərdən Qubad İbadoğlu, İnqilab Əhmədov, Zöhrab İsmayıl, Ruslan Atakişiyev, müstəqil Vətəndaş Cəmiyyətinin tanınmış simalarından, Fuad Həsənov, Nəsimi Məmmədli, Sevil Yüzbaşova,Əlövsət Sadıqlı,Asif Yusifli, Nəsrulla Nurullayev, İlqar Hüseynli, Aslan Vəliyev, Jalə Cəfərova, Pərvanə Talıbova, Cəmil Hacıyev, Sadiq Həsənov və digər nüfuzlu şəxslərin qatıldığı toplantının sonunda Ümumi Yığıncağın bəyannaməsi müzakirə və qəbul edildi.
Ümumi Yığıncağa qatılmış MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin üzvü olmuş, Qırğzıstan Milli Koalisiyasının rəhbəri Kalia Moldaqazıyeva da çıxış edərək Azərbaycanlı həmkarlarını təbrik etdi və onlarla əməkdaşlıqdan məmnunluğunu bildirdi.
Sonda Ümumi Yığıncağın Müraciəti qəbul edilib. Müraciəti olduğu kimi dərc edirik:
"İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası Azərbaycanın təbii sərvətlərinin istismarından əldə edilən gəlirlərə ictimai nəzarəti təşkil etmək və mədən sənayesində şəffaflığın artırılmasını dəstəkləmək məqsədilə yaradılan, sıralarında onlarla QHT-ləri, ictimai xadimləri, ekspert və jurnalistləri birləşdirən vətəndaş cəmiyyəti alyansıdır.
İki ildən sonra 20 illik yubileyini qeyd edəcək MSŞA Koalisiyası təbii sərvətlərin satışından əldə olunan gəlirlərin tam həcmdə dövlətə çatması, onlar üzərində hesabatlığa nail olması, səmərəli istifadəsi, habelə, aidiyyatı dövlət qurumları və şirkətlərin bu sahədəki fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində hər zaman maraqlı olduğunu bəyan etmiş və öz fəaliyyətini əldə olunan gəlirlər barədə Azərbaycan vətəndaşlarının məlumatlandırılması, vətəndaş cəmiyyəti institutlarının şəffaflıqla bağlı səylərini birləşdirərək ictimai fəallığın yüksəldilməsi yönündə qurmuşdur.
MSŞA Koalisiyası Azərbaycanın Mədən Sənayesində Şəffalıq Təşəbbüsünə (MSŞT) qoşulduğu ilk vaxtdan bu prosesdə vətəndaş cəmiyyətini təmsil edib və ölkəmiz MHŞT-ni tərk edənə qədər hökümət-şirkətlər-vətəndaş cəmiyyəti arasında bağlanmış üçtərəfli Memorandumun, Çoxtərəfli Qrupun bərabərhüqüqlu tərəfi kimi mədən sənayesində şəffaflığın artırılmasına ciddi tövhə verib.
Lakin hökumətin2014-cü ildən başlayaraq vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarını ciddi şəkildə məhdudlaşdırması yönündəki attığı addımları və elə bu səbəblərdən 2017-ci ildə MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən Azərbaycanın təşəbbüsdə üzvlüyünün dayandırılmasına qərar verdikdən sonra bu sahədə vəziyyət əsaslı şəkildə dəyişmiş, müstəqil vətəndaş cəmiyyəti institutlarının, o cümlədən, MSŞA Koalisiyasının fəaliyyət imkanları xeyli dərəcədə məhdudlaşdırılmışdır.
Belə ki, MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin məlum qərarından dərhal sonra Azərbaycan hökuməti 2017-ci ildə 5 aprel tarixli Prezident Fərmanıyla Hasilat Sənayesində Şəffalıq Komissiyası yaradaraq təşəbbüsü fərdi qaydada apacağını bəyan etdi. Lakin bu fərmanda hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə bütün beynəlxalq standartların tətbiqinin davam etdiləcəyi, bütün mаrаqlı tərəflərin iştirakının təmin ediləcəyi bəyan olunsa da, hökümət Komissiyası təşəbbüsün əsas tərəfi olaraq MSŞA Koalisiyası ilə birgə fəaliyyətdən imtina etmiş və bununla da Azərbaycanda 3 tərəfin bərabərhüquqlu şəffaflıq prosesini aparması praktikasına son qoyulmuş və nəticədə Çoxtərəfli Qrupun fəaliyyəti dayandırılmışdır.
Buna baxmayaraq, MSŞA Koalisiyası yeni stiuasiyanın yaratdığı böyük çətinliklərə rəğmən öz üzvlərinin dəstəyi hesabına fəaliyyətini davam etdirmiş, Ümumi Yığıncaq,Şura və Monitorinq Qrupu iclaslarını davamlı olaraq keçirməyə nail olmuşdur. Koalisiya Şurası bu dövrdə MHŞT ətrafında cərəyan edən hadisələrə adekvat münasibət bildirmiş, yerli və Beynəlxalq təşkilatlar, habelə, ölkədə fəaliyyət göstərən səfirliklərlə görüşlər keçirərək şəffaflıq təşəbbüsu və Koalisiyanın fəaliyyəti ətrafında müzakirələr aparmış, müxtəlif beynəlxalq və regional tədbirlərdə təmsil olunmuşdur.
Lakin 2020-ci ilin iyulun 28-də “Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanıyla Hasilat Sənayesində Şəfffaflıq üzrə hökümət komisiyası da ləğv olundu və şəffaflıq üzrə hesabatlılığın təmin edilməsi Dövlət Statistika Komitəsinə (DSK) həvalə olundu ki, bu da MHŞT ilə bağlı ölkədə daha fərqli bir stiuasiya, xüsusən, Koalisiya üçün bir qədər fərqli fəaliyyət müstəvisini yaratmış oldu.
Hazırda Azərbaycan dövlət Statistika komitəsi tərəfindən yaradılmış Hasilat sənayesində Şəffaflıq Portalı vasitəsilə ölkədə fəaliyyət göstərən bir neçə transmilli şirkətləri MHŞT hesabatlarının mahiyyətinə uyğun olaraq müəyyən məlumatlar, hesabatlar açıqlayırlar ki, bunların də əsasında Komitə tərəfindən yekun şəffaflıq hesabatı hazırlanaraq ictimaiyyətə çatdırılır. Lakin, bu hesabat MHŞT standart və tələblərini əks etdirmir, hesabatın layihəsinin hazırlanması, açıqlanması və müzakirəsində vətəndaş cəmiyyətinin üzvləri,müstəqil,ekspertlər dəvət olunmur, nəticədə MHŞT-nin əsas tərəfi hesab edilən VC-nin bu prosesdə iştirakçılığı minimuma endirilmiş olur. Bu isə ölkədə mədən sənayesində şəffaflğın təmin edilməsi prosesinin MHŞT fəlsəfəsindən, standart və tələblərindən təmamilə uzaqlaşma müşahidə olunur.
Əlavə olaraq bildirmək istəyirik ki, ölkədə MHŞT Standart və tələbləri içərisində xüsusi əhəmiyyət daşıyan müqavilələrin açıqlanması tələbi də qismən icra edilmiş vəziyyətdədir. Belə ki, bu günə qədər Statistika Komitəsinin saytında cəmi 13 müqavilə açıqlanmışdır ki, bunların da 5-i BP-nin vebsaytında dərc edilmişdir. Həmçinin ,onu da qeyd edək ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş Qarabağda yerləşən mədən sənayesində imzalamış kontraktlar açıqlanmamış və ictimaiyyətə təqdim olunmamaışdır.
Bütün bunlara baxmayaraq, yaradılmış çətinliklərə rəğmən,MSŞA QHT koalisiyası ölkədə MHŞT standartlarına riayət edilməsi və Mədən səanyesində çalışan şirkətlərin tam hesabatlılığına və şəffaflığına nail olunması, xüsusilə, hasilat sənayesində bağlanmış müqavilələrinin və benefisiar sahibkarlıq məlumatlarının açıqlanmasının təşviqi, işğaldan azad olunmuş ərazilərdəki təbii sərvətlərin hasilatına ictimai nəzarətin təşkili və s. prioritet istiqamətlərdə ardıcıl, prinsipial və davamlı fəaliyyət göstərəcəyini bəyan edir.
İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası,bir daha, Azərbaycan hökümətini:
© 2020 - Created by İLK XEBER.