Türkiyə Silahlı Qüvvələri "Pençe-Kılıç" əməliyyatı çərçivəsində 184-ə yaxın PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.
Qeyd edək ki, nazir daha əvvəl "Pençe-Kılıç" hərbi hava qüvvələrinin İraqın şimalında və Suriyada PKK terrorçularına qarşı əməliyyatı barədə məlumat verib.
Quru Qoşunları Komandanlığının Ankaradakı əməliyyat qərargahında çıxış edən Hulusi Akar bildirib ki, "Pençe-Kılıç" əməliyyatının başladığı gündən bu yana qurudan atəş dəstəyi və aviasiya ilə 184 terrorçu zərərsizləşdirilib.
Onun sözlərinə görə, əməliyyatın birinci mərhələsində terrorçuların 89 obyekti, o cümlədən sığınacaqlar, bunkerlər, mağaralar, tunellər və anbarlar məhv edilib:
“Türkiyə Silahlı Qüvvələri mülki əhaliyə, ətraf mühitə, tarixi, mədəni və dini strukturlara zərər vurmamaq üçün əməliyyatların həm planlaşdırılması, həm də icrasında xüsusi həssaslıq nümayiş etdirir”.
Akar telefon danışığı zamanı əməliyyatın gedişi barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məlumat verib.
© 2020 - Created by İLK XEBER.