Ərdoğan desin - Dilçi alim Ərdoğana şeir həsr etdi

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şahlar Göytürk son şeirlərindən birini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr edib. Dilçi alimin feysbukda paylaşdığı bu şeir izləyicilər tərəfindən maraqla qarşılanıb. Həmin şeiri İlkxeber.org-un oxucularına təqdim edirik.

 

ƏRDOĞAN  DESİN

 

Bağlansın Vətənə, yurda adamlar,

Daha əyilməsin dərdə adamlar.

Böyükdən kiçiyə burda adamlar

Bütöv Azərbaycan, qoy Turan desin.

               ******

Bitsin o ayrılıq, yox olsun ələm,

Yeni zəfərlərdən güc alsın qələm

Yaradaq bir dünya, yeni bir aləm,

Bütün Turan eli, hamı can desin.

              ******

Burda Azərbaycan, orda Türkiyə,

Dünya qarışmasın, düşməsin küyə,

Qoy təşrif buyursun qardaş ölkəyə

Şeiri innən belə Ərdoğan desin!