Lirika deyəndə, ağıla həyatın düzməcələri, intim hisslərin pərvazlanması,duyğuların ülviyyəti, ruhun oyanıqlığının ehtişamı gəlir. Lirika həyatın duyğusal aktevitələrinin sözlə təmas qurmağın incə ruhlu inikasıdır... Lirika insan həyatının doğal sevinclərini, kədərini sözlə revizə edilməsindən yaranan müdriklik sənətidir. Lirika Söz oyununun görünən tərəfinin insan həyatını görsəlləşdirməsidir...
Yenə də gedirsən gözləri yaşlı,
Yenə də gedirsən yollar uzanır,
Sən, şirin gülüşlər, ülkər baxışlım,
Gələn görüşədək bir ömür qalır.
O ömrü, mən necə yaşayım axı?
Ömür, ömür deyil, can çəkişməsi.
Gedirsən, üstümə çökür yenə də,
Soyuq divarların yorğun kölgəsi.
Bu həyat görsəli Vəfa Mürsəlqızının bir şerindəki həyat obrazının xarakteristikasının mənəvi tərəfi ilə duyğu analizi ilə aparılan misralardadır... Vəfa Mürsəlqızı lirik şairələdəndir. Şairənin lirikası insan obrazının daxili aləminə enməklə yaddaqalan lirik obrazları inandırıcı görünürürlüyü ilə seçilir. Şairə daima yaratdığı həyat səhnəsini dərin psixoloji yanaşma tərzi ilə verməyə çalışır:
Hara gedirəmsə tapır yerimi,
Sənin həsrətinin ayaqları var,
Viranə qoymusan könül evimi,
Yuxumda hələ də "Gül bağları" var…
Həyat həyəcanına səbəb cəmiyyətdəki sosial ədalətin pozulması, ictimai ziddiyyətlərin dərinləşməsinə təkan verən ambisiyalardır... Lirik şeirlər öz gücünü həyatdan almaqla qüvvətlidir. Lirik düçüncə tərzini həyati-mənəvi düşüncəyə çevirmək üçün duyğu vasitəsi ilə cilalanmış həyat ruhunu bədii əsərə gətirməklə oxucuda inam yaradır sənət adamları. Sənətin güzgüsündə həyatı idrak etdirməyə qadir olan könül duyğularını gerçəkləşdirən söz sənətidir. Lirika deyəndə, həm həyati baxımından olduqca estetik baxış, həm də bəlli duyğuların incəliklərinə varmaq istəyir oxucu:
Yadındamı, qara qıvrım saçlarım?
Saçlarımı oxşayırdın, Atası.
Məndən başqa kimin vardı, dünyada?
Mənim üçün yaşayırdın, Atası.
Bax: O saçlar yavaş-yavaş ağarır,
Külək vurur, kürəyimə səpilir.
Hələ qalıb qapımızın ağzında,
Əllərinin izi, ayaq ləpirin…
Vəfa Mürsəlqızının lirikasının həyat mövzuları olduqca rəngarəng həyat boyaları ilə zəngindir. Şairənin poeziyasının ictimai tərəfi, həyatdakı təbəddülat öz ciddiliyi ilə seçilir. Şairə həyatda baş verən hadisələrə heç də biganə qalmır, həm həyati-fəlsəfi baxımından, həm də həyati-mənəvi yönü ilə həyatı izah edir oxucusuna. Vətən sevgisi şairənin yaradıcılığında "qırmızı xətt" kimi keçir...Qarabağ şavaşının gedişində Şəhidlik zirvəsinə çıxanların lirik, hüznlü obrazlarını yaradıb şerlərində:
Atanı çiynində, Oğul daşıyar!
Çiynində daşımaz Adam, Balasın,
Deyirlər ki, hHəyat davam eyləyir,
Heç nə davam etmir, Atam Balası!
Bəs necə oxşasın, necə ağlasın?
Bu Qərib atalar, Qərib oğlunu.
Ata var qürbətdə çörək qazanıb,
İldə bircə dəfə görüb oğlunu…
Vəfa Mürsəlqızının lirikasında sevginin hürriyyətinin işığını da görmək mümkündür. Şairənin sevgi lirikası öz həyati mahiyyəti ilə özünün poetik analitakısında tamam başqa bur məna kəsb edir. Şəhidlərin xatirəsinə ehtiram hissi ilə yazdığı şerdə şairə tamamilə başqa bir mövqedən yanaşır həyata:
Mən sevgidən necə yazım?
Sənin sevgin yarım qalıb.
Vətənə can verən Balam,
Burda nakam Yarın qalıb.
Qaşı qaram, boyu bəstəm,
Nə düşündün son nəfəsdə?
Səpilib məzarın üstə,
İndi torpaq narın-narın.
Vəfa Mürsəlqızının lirikası həyatın dolğun təsvirindən ibarətdir. Vəfa Mürsəlqızının lirikası həyati-fəlsəfi mənası ilə yozulub oxucu qəlbinə. Vəfa Mürsəlqızının lirikası oxucu könülünə işıq salan lirikadır.
Olanı-keçəni yada salınca,
Şirin xatirələr dönür qılınca.
Adamın vicdansız dostu olunca,
Dostu, ilan-çayan, əqrəb olaydı...
Həyat Zamanın axarında axıb gedir… Poeziya həyat izləmlərinin işığında aydınlaşdırır həyat həqiqətlərini. İnsanın sevgidən yaranan dünyasının hikməti daima öz duyğularının ülviyyəti ilə realizə olunur. Vəfa xanımın lirikası qüsursuz həyat lirikasıdlr, heç bir əsərinə başlıq verməsə də, oxucu qəlbinə işıq salır öz duyğusallığı ilə.
Duyğuların üşüyürmü ayazada?
Mən, qışını yaz edirdim, a zalım.
Demişdim ki, ayrılarıq bu yazda,
Bəlkə, sənə naz edirdim, a zalım!
Vəfa Mürsəlqızının lirikası oxucu könülünə işıq salan, daima onu öz sehri ilə dünyaya varlanan lirikadır. Şairənin ədəbi-bədii potensialı olduqca böyükdür, lirikasındakı şeriyyət həyatın şeriyyətidir.
Bu baharın arxasınca,
Çovğun gəldi qar gəldi.
Səndən sonra vücuduma,
Ruhum niyə dar gəldi?
Hər hənirə könlüm uçdu,
Elə bildi Yar gəldi
Ay ürəyim ciyərlərə,
Ay sol yanım, Əlvida!
Vəfa Mürsəlqızının lirikasının gözəlliyi həyatın özündən gəlir, lirikasının həyati-fəlsəfi mənası ilə insanın düşüncə aləmi daima zamanın ağuşunda irəliləyir. Şairə xanıma bol-bol yaradıcılıq uğurları arzulayıram.
© 2020 - Created by İLK XEBER.