Azərbaycançılıq ideyası: XX əsrin əvvəlləri və müasir dövr

         Azərbaycanın milli oyanış və yeniləşməsi onunla baglı milli ideya ugrunda mübarizə hərəkati milli gerçəkliyimizin çox mühüm tərkib hissələrindən biridir. Qəd-

im və orta əsrlər Azərbaycanda buna uygun ideyalar- vahid ərazi hissi, maddi- məişət şəraitinin ümumiliyi, xarici dövlətlərə qarşı əlbir mübarizə dil və qan qohumlugu, so-

ykök eyniliyi, mənəvi mədəniyyət sahəsində oxşar cəhətlər, iqtisadi – siyasi və cogra-fi birlik zəminində formalaşan müəyyən xüsusiyyətlər var idi. Sonrakı illərdə belə ideyalar ayrı- ayrı vaxtlarda ümumtürk, ümumislam və. s. ideyaların tərkib hissələri kimi də çıxış etmişdir. Azərbaycanın ancaq özünə aid ola bilən və bugünkü elmi- nə-

zəri ədəbiyyatda özünə “ Azərbaycançılıq ” kimi vətəndaşlüq hüququ qazanan saf Azərbaycan milli ideyasına çevrilənədək o, uzun bir tariri inkişaf yolu keçmişdir .

        XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işgalından sonra Rus şovinizmi burada assimilyasiya xəttini götürdü. Azərbaycan cografi termininin yalnız Arazdan cənuba aid olması irəli sürüldü, şimal hissəsi isə Qafqasya, Rusiya adlandırı-

lmasına başlandı. Yerli əhalini isə oz soykökündən, milli mənsubiyyətindən, milli mədəniyyətindən ayıraraq “ Tatar” “ Müsəlman ” adlandırmaga çalışdılar.

        XIX əsrin sonu XX əsrin əvvəllərindəAzərbaycan ictimai-siyasi hərəkatında üç axın başlamışdır. Birinci axının tərəfdarları bütün islam xalqlarının Osmanlı dövlətinin tərkibində birləşməsini irəli sürürdülər. Ikincilər Azərbaycanın İran dövləti içərisində olmasını daha uygun sayır, üçüncülər isə islam xalqlarını Rusiya tərkibində olmasını mümkün hesab edirdilər. M. Ə. Rəsulzadə və onun rəhbərlik etdiyi yeni xətt onların heç birini qəbul etməyərək müstəqil Azərbaycan dövləti ideyasını irəli sürdülər ki,     “ Azərbaycançılıq ” ideyasının əsl mahiyyəti də buvdan ibarətdir.

        “ Azərbaycançılıq ”, “ Azərbaycanlı ” ideyası türkçülüyü və islamçılıgı inkar et-mədən, azərbaycanlı milli mənlik şüurunun formalaşmasına xidmət göstərirdi.

         XX əsrin əvvəllərində M. Ə. Rəsulzadə “ Turan” ideyasının həyata keçirilməsi-

nin qeyri mümkünlüyünü dərk edərək klassik turançılıgı, yeni turançılıqla əvəz etmə-

yin zəruriliyini irəli sürdü. Əsas hədəf müxtəlif cografi ərazilərdə yaşayan türk xalq-

ları öz hüdudları daxilində dövlətlərini yaratmalı, zaman gələndə isə federasiya və. s. şəkildə bir-biri ilə sıx əlaqələrini qurmalıdır deyən böyük siyasi xadim “ Azərbayca-

nın istiqlalı ” şüarını irəli atmış və millətin yalnız öz bayragı altında azadlıq əldə etməsinin reallıgına inanmışdır. O, Azərbaycanı türklərdən, Şərqdən və İslamdan ayı-rmayaraq qeyd edirdi ki, Azərbaycanlılar milliyyət etibarilə türk, din etibarilə islam, mədəniyyət, xüsusiyyət etibarilə şərqlidirlər. Özlərinə məxsus ləhcələriylə Anadolu türkcəsinə yaxın bir şivə ilə danışan Azərbaycan türkü müxtəlif şivələrə malik və ol-

dugu yerlərə nisbətən müxtəlif isimlər daşıyan böyük türk agacının bir dalıdır.

         Azərbaycançılıq idealının ortaya atılması ilə heç də türkçülük inkar edilmir, Azərbaycan Vətəni ideyaları birinci yerə keçirilir. Azərbaycanın cografi sərhədləri daxilində millətin yekdilliyi və vəhdəti birinci dərəcəli vəzifə kimi irəli sürülür.

         “ Azərbaycan dili ” anlayışı “ Azərbaycan türk dili ” mənasından başqa bir şey ifadə etməmiş və ümumtürk ailəsində öz xarakterik xüsusiyyətlərini əks etdirir.

         Bu sahədəki bir çox polemikalar əslində məsələnin müəyyən cəhətlərini daha

da dolaşdırır və azərbaycandakı islam xalqları arasında müəyyən gərginliyin yaradıl-

masına xidmət edir.

        Bəzi müəlliflər bu məsələnin şərhində ya bilərəkdən, ya da problemə dərindən nüfuz edə bilmədiklərindən müəyyən səhv nəticələrə gəlmiş, “ Azərbaycan dili ” ni qeyri-türk dili “ azərbaycanlıları” qeyri türk və azərbaycançılıgı isə türkçülüyə zidd bir hərəkət kimi qiymətləndirmişlər. Bu azərbaycançılıgı təkcə və yalnız Azərbaycan vətənsevərliyi ideyaları ilə məhdudlaşdırmaqdan irəli gəlmişdir.

         Əslində termin müxtəlifliyi və forma məsələnin mahiyyətini və məzmununu heç də müəyyən edə bilməz.

         Dagıstan, Gürcüstan və digər respublikalarda yaşayan soydaşlarımızın “azərbaj-

canlı ” yaxud “türk” adlandırılması səhv sayılmamalıdır, çünki azərbaycan-

lıların yaşadıqları bu yerlər tarixən Azərbaycan torpaqları olmuşdur.

        Hazırda mövcud olan “Azərbaycançılıq”  ideyası müstəqil, unitar və vahid Azər-

baycan idealının gerçəkləşməsi mahiyyəti kəsb edir.

         Məsələyə bu baxımdan yanaşılmasından aydın görünür ki, dövlətçilik idealı, prinsipi milli ideologiyanın nü­vəsini təşkil edir. Lakin milli ideologiyanın bu mühüm struktur amili vətənpərvərlik, milli-mənəvi dəyərlər və onlara sədaqət kimi digər zəruri amillərlə üzvi vəhdətdə götürülür. Bu ideologiya insanların əsl vətəndaş kimi formalaşması, vəzifələri ilə yanaşı milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi, həmin dəyərlərin aşılanması əsasında soykökünə bağlılıq, milli özünüdərk, özünüifadə və özünütəsdiq kimi ümdə məsələləri də qarşılıqlı əlaqədə əhatə edir. Bu baxımdan da ümummilli lider Heydər Əliyev milli ideologiyada azərbaycançılıq ideyasının yeri və rolunun xüsusi əhəmiyyətini ön plana çəkmiş, vətənpərvərlik, tarixi keçmişə, soy­kö­künə bağlılıq hisslərinin, Azərbaycan dilinin, milli-mədəni, dini də­yər­lə­rin mənəvi-əxlaqi gücünün inkişaf etdirilməsini bu ideyanın gerçək­ləş­di­ril­məsi vasitələri kimi səciyyələndirmişdir.

Azərbaycançılıq ideyasının son illərdə nəinki milli məfkurəyə çevrilməsinin, habelə təkcə respublikanın deyil, ümumən bütün dünya azərbaycanlılarının bu məfkurə ətrafında birləşməsinin həm ideoloji-nəzəri, həm də bu birliyin siyasi-təşkilati əsaslarının yaranmasına və möh­kəm­lənməsinə nail olmuşdur. Belə ki, təməlində Azərbaycan-Vətən məf­humu və vətənçilik-dövlətçilik amalı duran, mahiyyətcə dərin ictimai-si­yasi önəm və demokratik səciyyə daşıyan azərbaycançılıq ideyasından mil­li birliyin, həmrəyliyin düşünülmüş doğru-düzgün yolu keçir. 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya azərbaycanlılarının tarixi I qurultayı və həmin qurultayda Prezident Heydər Əliyevin proqram nitqi deyilənlərin parlaq təcəssümüdür. «…Azər­bay­can dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azər­baycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafını təmin etmək deməkdir».

 

Rafail  Ayvaz oglu Əhmədli,

fəlsəfə  elmləri doktoru, professor

 

                                                                                                                                               

Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycançılıq ideologiyası: təşəkkül tapması, tarixi inkişaf mərhələləri, istiqamətləri” adlı layihəsi çərçivəsində çap olunur.