Yanvarın 14-də Qara dəniz və Xəzər dənizi regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, tədqiqatçı alim, Azərbaycan Respubliksaının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun ad günüdür.
Hörmətli İlham müəllimi 71 yaşının tamam olması münasibətilə təbirik edirəm. Allahdan Ona möhkəm cansağlığı, uzun ömür və ictimai-siyasi fəaliyyətində müvəffəqiyyətlər arzulayıram.
Xatırlatmaq istəyirəm ki, İlham müəllim 2001-ci ildən bu yana mənim müalicəmə həmişə diqqətlə yanaşıb, uzun illər Moskvada müalicəmə köməlik göstərib. Onun tərəfindən bu diqqət, qayğı hazırda da davam edir. Mən həyatımı və sağlamlığımı Allaha və İlham müəllimə borcluyam. Mənim həyatda olmağımın səbəbi göydə Allah yerdə İlham müəllim olub.
Qeyd etmək istəyirəm ki, uzun illərdir çətin günlərimdə mənə dayaq olan, əlimdən tutan İlham müəllim nümunəvi ziyalı, xeyriyyəçi, tanınmış elm adamıdır.
Hörmətli İlham müəllimi bir daha təbrik edir, möhkəm cansağlığı və uzun ömür arzulayıram.
Hörmətlə, Səid Əhmədli
© 2020 - Created by İLK XEBER.