Nyu - Yorkun yeni meri azərbaycanlı xanıma yüksək vəzifə verdi - FOTOLAR

ABŞ-da yaşayan həmyerlimiz Rəna Abbasova Nyu-York şəhər meriyasının Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri vəzifəsinə təyin olunub.

“İlkxeber.org”- un yerli bürosu xəbər verir ki, R.Abbasovanı bu vəzifəyə Nyu-Yorkun yeni meri seçilən Erik Adams təyin edib.

Yanvarın 1-də vəzifəsinin icrasına başlayan E.Adams komandasında üç türk yer alıb. Onlardan biri də R.Abbasovadır.

Qeyd edək ki, həmyerlimiz E.Adamsla 2016-cı ildən bu günə kimi - o Nyu-Yorkun Bruklin inzibati rayonunun rəhbəri olduğu vaxtdan birlikdə işləyir.

 a8c7c310-a891-4c21-8c85-89b03d2d8041.jpg (67 KB)

 
 
Müsavat.com