"Qafqazın bu üzündə" filminin təqdimatı oldu

Dekabrın 25-də tele-jurnalist Arzu xanım Qazıyevanın ssenari müəllifi olduğu "Qafqazın bu üzündə" filminin təqdimatı keçirilib. BAO-nun Mətbuat Xidmətinin verdiyi məlumata gprə, "Azərkitab" kitab mərkəzində nümayiş olunan bu film Güney Qafqazda cərəyan edən hərbi-siyasi proseslərə həsr olunmuşdur.

Arzu xanım  Qazıyeva çıxış edərək dəvətini qəbul edib təqdimat mərasimində iştirak edənlərə təşəkkürünü bildirib.

Sonra filmin nümayişi olmuşdur. Filmin nümayişindən sonra ssenari müəllifi Arzu Qazıyeva, filmin bəstəkarı Lalə xanım Cəfərova, rejissoru Nazim Məmmədov, Bütöv Azərbaycan Ocaqları (BAO) Mərkəzi Şurasının üzvü, yazıçı Mehriban Vəzir, jurnalist Ləman Ələşrəfqızı və başqaları çıxış edərək film haaqında fikirlərini çatdırıblar.