Azərbaycan Televiziyası prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə videoçarx hazırlayıb. Videoçarxda müxtəlif peşə sahibləri iş başında görüntülənib.
Qeyd edək ki, həmin şəxslər öz işinin peşəkarı olan real şəxslərdir.
Sonda isə ən çətin vəzifənin ən layiqli sahibi kimi prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin və əvəzsiz xidməti qeyd olunur: “Onun işi daha çətindir. Çünki xalqın və dövlətin taleyi onun əllərindədir. Ən çətin vəzifənin ən layiqli sahibi: İlham Əliyev”.
© 2020 - Created by İLK XEBER.