Almaniyada dünyasını dəyişən Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovun cənazəsi Vətənə gətirilib.
News24.az-ın əldə etdiyi məlumata görə, mərhum xalq rəssamının cənazəsi bu gün səhər saat 04:30 radələrində Bakıya çatıb. Bildirilir ki, mərhumun qızı Lalə Salahova atasının dəfnində iştirak etmək üçün həmin təyyarədə Bakıya gəlib.
Z.Salahova qeyd edib ki, T.Salahovun mayın 24-də Birinci Fəxri xiyabanda dəfn edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Xalq rəssamı mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında dünyasını dəyişib.
Allah rəhmət eləsin!
© 2020 - Created by İLK XEBER.