İndi əziz oxucu deyəcək ki, bu Elşad kimdir? Bu Elşad bütün həyatını AzTV-də bağlayan, mayası və qayəsi yaxşılıq etməklə yoğrulan bu gözəl insan çox təəssüf ki, ötən il vaxtsız-vədəsiz aramızdan getdi. Elşad gözəl insan olmaqla yanaşı həm də unikal bacarıq sahibi idi. Boş vaxtlarında təmənnasız olaraq televiziyanın kameralarını,texniki avadanlıqlarını təmir edirdi. Üstünə gələn iş yoldaşlarının telefonunu, maqnitafonunu,eynəyini və sair ləvazımatlarını təmir edirdi. Özü də təmənnasız. Bu işləri görmək onun üçün bir hobbi idi.
Di gəlki, Rövşən onu da vərəmlətdi. Rəhmətə getməmişdən bir müddət əvvəl rastlaşdıq. Gileyləndi: ”Yox ey, qədeş ləzzət eləmir. Alə, mən 40 ildir o kollektivdə işləyirəm. Üstümə gələni geri qaytarmıram. Birindən də 1 manat təmənnam yoxdur. Di gəlki, Rövşən bunu başa düşmür. O gün Vüqar (Rövşənin vuran əli, Təsərrüfat idarəsinin rəhbəridir) gəlib ki, otağı boşalt. Deyirəm ki, niyə? Mənə deyirlər ki, sən burda “xaltura” edirsən, adamlardan pul alırsan”. Alə, mənə didi, ey… mən Elşada… Dağıl, a dünya… Yox, qədeş tay bu qədər də olmaz dəəə…”
Bu söhbətdən az müddət sonra Elşad köçünü sürüb bu dünyadan getdi. Elşadın bap-balaca “masterskoyu" da qaldı Rövşənə…
Nə isə, mətləbdən çox uzaqlaşmayaq. Eşitdim ki, o gün Rövşən yenə əsib-coşurmuş ki, “mən AzTV–də rüşvətin kökünü kəsdim”. Soruşmaq istəyirə ki: Ay Rövşən bəyəm AzTV-də rüşvət var idi? Sən rüşvəti yox ey, ömrünü bu kollektivə bağlayan və güc-bəla ilə ailəsini keçindirən insanların son ümidini kəsdin. Başqaları bəlkə də səni tanımır. Amma mən səni 24 ildir tanıyıram. Amma mən bəzi insani dəyərlər naminə sənin keçmişini açıb-tökmürəm. Amma onu xatırladıram ki, keçmişini unutma. Ən azında 14 yanvar 2019-cu ilə qədər “termos”da özünə yemək gətirdiyini və onun-bunun hesabına çay içdiyin günləri unutma. Son iki ildə özünün, ailənin və yaxınlarının həyatının 180 dərəcə dəyişdiyini çoxları kimi mən də çox gözəl bilirəm. Və sənin yaşadığın təmtəraqlı həyat 2-3 min manatla araya-ərsəyə gələn bir şey deyil. Sən əsl rüşvətxorsan. Təkcə rüşvətxor deyilsən. Həm də yüzlərlə insanın çörəyini kəsən harın bir məmursan. Bunu elə-belə demirəm. Sənin fəaliyyətinlə bağlı mənə hər gün çoxlu sayda foto,video materiallar gəlir. Amma mən qərəzçilik olmasın deyə onların çoxunu arxivimdə saxlayıram Amma elə faktlar var ki, onu yazmasam olmaz. Çünki, bunlar artıq cinayət tərkibli məsələlərdir. Bu dəfə həmən məlumatlardan birini dəyərli oxucularımıza təqdim edirəm.
AzTV-yə bələd olanlar bilir ki, televiziyanın yarandığı ilk gündən burda dublyaj redaksiyası fəaliyyət göstərir. Və bu redaksiya kifayət qədər peşəkar kadr potensialına və texniki təchizata malikdir. Amma Rövşən AzTV-yə rəhbər gələndən sonra digər redaksiyalar kimi burda da peşəkarları didərgin saldı. Peşəkarların yerinə qohumlarını, dostlarını dürtüşdürdü. Bu azmış kimi xarici filmlərin dublyajı üçün ayrılan dövlət vəsaitini də dostlarının əli ilə mənimsəyə başladı. Tək bir faktı deyəcəm. Beləki, ötən ilin oktyabr ayından AzTV-nin efirində Türkiyə istehsalı olan “Diriliş Ərtoğrul” serialı yayımlanır. Çox güman ki, film Kinoproqramlar və Dublyaj Baş Redaksiyasında dublyaj olunub. Amma Rövşən dublyajda 300-400 manata zülm çəkən insanların da çörəyi ilə oynayıb. Şəxsi mənfəəti üçün filmin xeyli sayda bölümü efirə gedəndən sonra Rövşən “Diriliş Ərtoğrul” serialının tərcüməsi ilə bağlı 1 illik müqavilə üçün təkliflər sorğusu hazırlayır. Və bu sorğu 9 fevral 2021-ci il tarixində elan edilir. Sorgu tez-tələsik, cəmi 4 gün müddətinə yekunlaşdırılır. Nəticədə, fiziki şəxs Qurbanov İbrahim Vilayət oğlu ilə 134 min 225 manat dəyərində müqavilə imzalanır.
Yenə deyirəm, filmin yayımından 4 ay sonra əməliyyat keçirilir. Və 134 min manatdan artıq dövlət vəsaiti saxta yolla Rövşən üçün özününküləşdirilir. Hansı əsasla?
Birincisi, Kinoproqramlar və Dublyaj Baş Redaksiyası ola-ola kənarda hansısa fiziki şəxslə şübhəli iş görməkdə Rövşənin məqsədi nədir? Bu qədər vəsaitdən dublyajda işləyən insanlara 5-10 manat qonarar yazılsa görəsən nə olardı?
İkincisi, serilın yayıma başlamasında 4 ay sonra sorgu keçirmək nə dərəcədə qanuna uyğundur?
Məsələnin ən dəhşətli tərəfi isə odur ki, 130 minlik maliyyə maxinasiyası ciddi qanun pozuntuları ilə müşahidə olunub. Beləki, Satınalmalar haqqında qəbul edilmiş qaydalara əsasən dəyəri 50 min manatdan yuxarı olan xidmətlərin alınması üçün mütləq şəkildə tender keçirilməlidir. Və proses ən azı 21 gün müddətində davam edir. Amma Rövşən pula olan hərisliyi səbəbində qanunları və qaydaları ayaqlayıb keçib. Heç bir tender keçirmədən Rövşən öncədən müəyyən etdiyi şəxslə 134 min 225 manatlıq müqavilə bağlamaq üçün təkliflər üsulu yolunu seçir. Və beləliklə dövlət büdcəsindən küllü miqdarda vəsait hansısa fiziki şəxsin(?) hesabına köçürülür. Sonrakı proseslər hər kəsə bəlli olduğu üçün yazmıram.
Bütün bunlardan sonra isə Rövşən təmizlikdən,dürüstlükdən və rüşvətxorluğa qarşı mübarizədən danışır. Hansı əsasla? Bu böyüklükdə maxinasiyadan sonra nicatımıza yalnız atalar sözü yetir:”Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”.
Bəli, Rövşən məhz doğrunun üstünə bağıran, həqiqəti deyən üstünə gedən və onları min bir yolla şərləyib ləkələyən bir rəhbərdir. Belə rəhbərlərinsə sonu yoxdu. Çünki, haqq nazilər, amma üzülməz… AzTV-də korrupsioner Rövşən dövrünün sona çatmasına da sayılı günlər qalıb.
Surxay Atakişiyev,
Bakuexo.az
Qeyd: İlkxeber.org saytı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.