Paşinyanın Moskva səfərinin gizlinləri

Bir neçə gün öncə Ermənistan prezidenti N.Paşinyan Moskvada səfərdə olub. N.Paşinyanın Moskva səfərində bir çox məsələlər müzakirə olunub: Ermənistandakı siyasi vəziyyət, nəqliyyat-kommunukasiya xətlərinin  açılması, hərbi əsirlər mövzusu və sair...

Burada əsas diqqət çəkən məsələ erməni tərəfinin hərbi əsir kimi təqdim elədiyi, Azərbaycan tərəfinin isə haqlı olaraq   terrorçu qruplaşma kimi tanıdığı 70 -ə yaxın erməni hərbi qruplaşmasıdır. Mahiyyət etibarı ilə N.Paşinyan üçün erməni əsirlərinin (erməni terrorçuların) əsirlikdən azad olunması seçki öncəsi siyasi nüfuz məsələsidir. Amma bu  çox çətin prosesdir və asan məsələ deyil. Çünkü, Paşinyan bunu rəsmi Bakıdan birbaşa tələb edə bilməz. Belə olan şəraitdə təbii ki, N.Paşinyan bu məsələni V. Putindən xahiş eləməlidir. Bir sözlə, dövriyəyə rəsmi Moskva girməlidir. Hesab edirəm ki, elə belə də oldu, Rusiya tərəfi bu məsələni asanlıqla həll edəcəyini düşünüb dövriyyəyə girdi. Rusiya tərəfi hətta, məsələni bir günün  içində həll edəcəyini düşünürdülər. Çünkü, N.Paşinyanın Moskva səfəri ilə demək olar ki, eyni gündə Rusiyanın Baş  prokuroru  İqor Krasnovun da Bakıya səfəri bunu deməyə əsas verir. Rusiya sülhməramlı kontingentinin rəhbəri Rüstəm Muradovun təyyarəsinin də, Bakıdan İrəvana boş qayıtması bunu göstərdi ki, Rusiya bu məsələdə hələ ki, rəsmi Bakıya təzyiq  göstərə bilmədi. Həm də bu onu göstərir ki, bu mövzuda dövlət başçısı İlham Əliyevin mövqeyi qətidir və mövqeyində israrlıdır, güzəşt olarsa belə, şərtlər Azərbaycan tərəfini tam qane edəcəyi təqdirdə qəbul edilə bilər.  Ümumiyyətlə, hesab edirəm ki, sözügedən hərbi əsirləri (terrorçu qruplaşma) Rusiya istəyir ki, hansısa yollarla tezliklə Ermənistana qaytarsın. Çünkü, Rusiya istəyir ki, Ermənistanda itirilmiş nüfuzunu qismən də,  olsa bərpa eləsin. Amma bu  elə də asan olmayacaq. Çünkü, bir neçə dəfə Rusiya sülhməramlılarının fəaliyyətini tənqid edən prezident İlham Əliyev, bu günlərdə Rusiyanın son dövrlər erməni ordusunu modernləşdirilməsi istiqamətində fəaliyyətini də sərt tənqid elədi: "Erməni ordusunun modernləş dirilməsi kimə və nəyə lazımdır?"      

Yekun olaraq onu qeyd etmək lazımdır ki, hərbi əsirlərlə (terrorçu qruplaşma) bağlı rəsmi Bakının prinsipial mövqeyi rəsmi Moskva ilə cox dartışmağa səbəb olaçaq.

 

Şahin Bəkirli,

BAO-nun Siyasi Analitik Mərkəzinin əməkdaşı