Rekordçu sözlər və Avropa dilləri haqda başqa maraqlı faktlar

Ginnesin “Rekordlar Kitabı”ndakı ən uzun söz macar dilindədir. Həmin söz 44 hərfdən ibarətdir: "megszentségteleníthetetlenségeskedéseitekért". Onu dəqiq tərcümə etməyə çalışarkən mütəxəssislər arasında fikir ayrılığı olur. Bu "rebus"u tələffüz etmək də hər kəsin hünəri deyil. Bəzi versiyalara görə, bu sözü təxminən belə tərcümə etmək olar: "ləkələnməmiş reputasiyanızı qorumaq səylərinizə görə".

Yeri gəlmişkən, əcnəbi sözləri düzgün tələffüz etməkdə çətinliklər tez-tez ortaya çıxır. Belə ki, 2010-cu ilin yazında İslandiyadakı Eyyafyadlayyökyudl vulkanı aviaşirkətlərin və sərnişinlərin əsəblərini ciddi şəkildə pozdu və onun adının düzgün tələffüzü xəbər aparıcıları üçün əsl sınaq oldu.

Ginnesin “Rekordlar Kitabı”nda ingilis dilində ən çox məna verən söz - "set" sözündən də bəhs olunur. Oksford ingilis dili lüğətinin ikinci nəşrində (1989) "set" sözünün 430 fərqli mənası var.

Avropa dillərində ən nadir səs çex dilindədir [rj]. Ən geniş yayılmış səs saitdir [a], dünyada bu səsin olmadığı dil yoxdur.

Serb və xorvat dillərində saiti olmayan sözlər var, məsələn, Adriatik dənizindəki Krk adasının adını göstərmək olar.

Ən böyük poliqlotlardan biri Pauell Aleksandr Canulus hesab edilir (74 yaşı var). Kanadanın Britaniya Kolumbiyasının sabiq məhkəmə əməkdaşı 41 dil bilir. Digər bir poliqlot 18-19-cu əsrlərdə yaşamış, 38 dil və 50 ləhcə bilən Kardinal Cüzeppe Messofanti hesab edilir. Maraqlıdır ki, o, heç vaxt vətəni İtaliyanı tərk etməyib.

İbir dəqiqədə ən çox söz tələffüz edən şəxs italyan Vanessa Morabitodur. O, 8 fevral 2012-ci ildə 60 saniyədə 380 söz deyib. Ancaq Şişir Xatva başqa bir rekorda imza atıb: 12 may 2012-ci ildə o, 1 dəqiqə 23 saniyədə 50 sözü tərsinə tələffüz edib.

Enantiosemiya eyni sözün tam əks məna verməsi fenomeninə deyilir.

Dillərarası enantiosemiyaya slavyan dillərində tez-tez təsadüf edilir. Belə ki, Polşa dilində “uroda” gözəllik, "zapominać" unutmaq deməkdir. Çex dilində “čerstvý” təzə, “potraviny” ərzaq, “pozor!” diqqət, “užasný” məftunedici, serb dilində “vrednost” dəyərlilik mənasındadır.

Mənbə: aif.ru

Vasif SADIQLI hazırlayıb