"S&P Global Ratings" reytinq agentliyinin yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycan iqtisadiyyatı 2,1% artacaq. 2021-2024-cü illərdə isə ölkədə ÜDM-in ortalama artım tempinin 3,9% səviyyəsində olacağı proqnozlaşdırılır.
"APA-Economics"in reytinq agentliyinə istinadən verdiyi məlumata görə, sözügedən artım karbohidrogen ixracında canlanma, stimullaşdırıcı maliyyə paketlərinin köməyi, daxili istehlakdakı bərpa və hökumətin Qarabağa yatırdığı investisiyalar sayəsində dövlət investisiyalarının artımı ilə dəstəklənəcək.
Agentliyin uzunmüddətli proqnozlarına gəldikdə, 2022-ci ildə ölkədə ÜDM-in artım tempi 5,7%-dək yüksələcək. 2023-cü və 2024-cü illərdə isə ÜDM-in müvafiq olaraq 3,7% və 2,2% artacağı proqnozlaşdırılır.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda ÜDM-in həcmi 2019-cu il ilə müqayisədə 4,3% azalaraq 72 432,2 mln. manat təşkil edib. Bu, son 3 ilin ən aşağı göstəricisidir.
© 2020 - Created by İLK XEBER.