Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500 manatlıq "kağız pul nişanı" tədavülə buraxılmayıb, sosial şəbəkələrdə bununla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
"APA-Economics"in məlumatına görə, bu barədə AMB-in yaydığı məlumatda bildirilir.
Qeyd edilir ki, Azərbaycan Respublikasının Konstitusiyasının və “Mərkəzi Bank Haqqında” Qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.
© 2020 - Created by İLK XEBER.