Nizami Gəncəvi ili ICESCO çərçivəsində təntənəli şəkildə qeyd olunacaq.
APA-nın məlumatına görə, bu barədə ADA Universitetində keçirilən mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov bildirib.
Nazir deyib ki, artıq ICESCO-nun baş direktoru Salim Bin Məhəmməd əl-Maliklə də bununla bağlı razılıq əldə edilib: "Azərbaycanda 2021-ci ilin "Nizami ili" elan olunması çərçivəsində ICESCO-da da bununla bağlı tədbirlər keçiriləcək. Əminəm ki, bu tədbir Nizami Gəncəvinin İslam dünyasına verdiyi töhfələrin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq".
© 2020 - Created by İLK XEBER.