Aqrar sahə yeni tarixi mərhələdə: Azərbaycan kəndlisi sahibkara çevrilir

Əfras Əmir oğlu Əsgərov Sabirabad rayonunun Zəngənə kəndindəndir. 22 ildir pambıqçılıqla məşğul olur, Azərbaycanın ən böyük pambıqçılarındandır. Həmişə yüksək məhsurdarlıq əldə edib, Respublika Fermerlər Şurasının üzvüdür. Prezident İlham Əliyev ötən il dekabrın 31-də Ə.Əsgərovun pambıqçılıq sahəsindəki xidmətlərini qiymətləndirərək onu 1-ci dərəcəli Əmək Ordeni ilə təltif edib.

Pambıqçılıda həmişə innovativ üsulları tətbiq etməyə meyilli olan Əfras Əsgərov hər il pambıq əkini ilə daha sıx məşğul olmağa başlayıb. Ötən il Çin üsulu ilə əkilən qoşa cərgəli pambıq tarlasında olan fermer oradakı əkin üsulu ilə tanış olduqdan sonra Azərbaycanda da ilk dəfə olaraq yeni texnologiya tətbiq edərək yüksək məhsuldarlıq əldə etmək üçün “Çin üsulu” deyilən qoşa cərgəli pambıq əkinini həyata keçirib. Yeni texnoogiyanın tətbiqi nəticəsində ötən il məhsuldarlıq 107 hektar sahədə 13-15 sentnerdən artıq olub. Əfraz Əsgərov ötən il 150 hektar pambıq əkib və hər hektardan 45 sentner olmaqla 680 ton pambıq tədarük edib. Ancaq fermer qeyd edir ki, bu 150 hektardan 60 hektarını yerli sakinlərlərlə şərik əkiblər. Növbəti ildə isə yalnız özünə məxsus 150 hektor sahədə pambıq əkməyi planlaşdırır.

Əfraz Əsgərov xüsusi səpin aqreqatı da hazırlayıb. Bu barədə özü belə deyir: “Çin üsulu ilə pambıq səpininə başlamazdan əvvəl Aqroliznqdən səpin aqreqatı aldım, üzərində bəzi texniki dəyişikliklər edib yeni əkin aqreqatı-selka quraşdırdım. Hansı ki, o aqreqat xaricdə 30-40 min manatdr. Amma mən bu aqreqatı 2000 manata alıb üstünə cəmi 500-600 manat xərc çəkdim. İndi Aqrolizinqlərdə o aqreqatdan boldur. Dediyim odur ki, Azərbaycanda qoşa cərgəyə keçmək üçün yaxşı şans var. Mən məhsuldarlığın artırılmasının yeganə yolunu da qoşa cərgəyə keçməkdə görürəm. Düzdür, Kənd Təsərrüfatı Nazirliyi bu məsələ ilə ciddi maraqlanır. Ancaq ötən il pambıq yığımı müharibə dövrünə düşdüyündən, təşviqat işini lazmı səviyyədə qura bilmədik”.

Əfras Əsgərovun sözlərinə görə, qoşa cərgədə əkilən pambıq kollarının sayı tək cərgəyə nisbətən daha çox olur. Bu da həmin sahələrdə məhsuldarlığın artmasına gətirib çıxarır. O, hesab edir ki, məhsuldarlığın ölkə üzrə bir necə ilə 40 sentnerə yüksəlməsi üçün nələrisə etmək lazımdır: “Ona görə də, innovativ üsulları tətbiq etməyin tərəfdarıyam”.

Yeri gəlmişkən, qeyd edək ki, yerli, eləcə də qonşu rayonların fermerləri də, artıq Əfras Əsgərovun təcrübəsindən faydalanmağa başlayıblar. Onlar hesab edirlər ki, qoşa cərgə üsulu ilə həyata keçirilmiş pambıq əkinindən əldə edilən müsbət nəticə Ə.Əsgərovun pambıqçılıq sahəsinə tətbiq etdiyi ən böyük yenilik idi..

Sizə təqdim etdiyimiz bu videoda Sabirabadlı fermer Əfraz Əsgərov pambıqçılıq sahəsindəki təcrübəsindən və əldə etdiyi uğurlardan danışır:

v